Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ulu öndərin dövlətçiliyin milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirir  

 

Dekabrın 11-də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ümummilli liderin vəfatının 7-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.

Əvvəlcə Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşmə prosesinin banisi, müstəqillik illərində bu mühüm dövlət strukturunun ölkəmizin mənafelərini dövlət maraqlarını qoruyan, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasında misilsiz xidmətləri olan, milli təhlükəsizlik orqanlarının əbədi fəxri rəhbəri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmiş, ulu öndərin zəngin həyat fəaliyyətini əks etdirən "Şöhrət" muzeyinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər qoyulmuşdur. Sonra mərasim təhsil ocağının akt zalında davam etdirilmişdir.

Akademiyanın rəisi, general-leytenant Ziya Yusif-zadə anım mərasimini açıq elan etdikdən sonra Azərbaycanın Dövlət himni səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

General-leytenant Ziya Yusif-zadə çıxışında bildirmişdir ki, müstəqil Azərbaycan dövlətçiliyinin banisi qurucusu, bəşər tarixinin ən parlaq simaları ilə bir sırada duran ümummilli lider Heydər Əliyevin vəfatının 7-ci ildönümü bu günlərdə xalqımız tərəfindən dərin kədər hissi ilə Vətənimizin hər bir guşəsində qeyd edilir. Xalqımızın dahi oğlunu bizdən ayıran illər ötdükcə onun şəxsiyyətinin böyüklüyünü, dahiliyini daha dərindən dərk edirik. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla alnıaçıq yaşadan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ulu öndərin dövlətçiliyin milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirirlər.

Akademiyanın rəisi bildirmişdir ki, istər fenomenal şəxsi keyfiyyətlərinə, istərsə möhtəşəm ictimai-siyasi fəaliyyətinə görə dahi şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərliyi ayrı-ayrı dövrlərə, hətta müxtəlif ictimai-siyasi quruluşlara təsadüf etsə , ulu öndər daim Vətənə, xalqa, doğma torpağa sonsuz məhəbbət hissi ilə, qurub-yaratmaq amalları ilə yaşamış, milli maraqların təminatçısı müdafiəçisi olmuş, bütün qüvvə tükənməz enerjisini, təcrübə bacarığını Azərbaycana həsr etmişdir.

General-leytenant Ziya Yusif-zadə ümummilli lider Heydər Əliyevin dahi şəxsiyyətlərə məxsus olan nadir xüsusiyyətləri barədə toplantı iştirakçılarına ətraflı danışmışdır. Vurğulamışdır ki, ulu öndər daim haqq işi uğrunda fədakarlıq, əyilməz iradə dərin təfəkkür, özünə inam siyasi uzaqgörənlik, cəsarət qətiyyət, çətinliklərə sinə gərmək fenomenal yaddaş, ensiklopedik bilik cəzbedici natiqlik, ideya fikirlərini sadə dildə xalqa çatdırmaq məharəti digər bu kimi üstünlükləri ilə seçilmişdir.

Təhlükəsizlik orqanlarında milliləşmə prosesinin banisi Heydər Əliyevin xalqa, millətə, Vətənə sədaqətlilik simvoluna çevrildiyini qeyd edən natiq, dahi şəxsiyyətin bu orqanlardakı peşəkarlıq nümunələri, əməkdaşlara, soydaşlarına səmimi münasibəti barədə ətraflı məlumat vermişdir. Gənc nəslin Heydər Əliyev irsindən qidalanaraq vətənpərvər ruhda tərbiyələnməsinin zəruriliyini vurğulayan akademiyanın rəisi bu şanlı məktəbin sonsuzluğadək hər bir azərbaycanlıya doğru yol göstərəcəyindən bəhs etmişdir. Bu gün ulu öndər Heydər Əliyev məktəbinin layiqli yetirməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi kursunun xalqımızın rifahının yüksəldilməsinə, dövlətimizin qüdrətlənməsinə xidmət etdiyini bildirən Ziya Yusif-zadə, əldə olunmuş nailiyyətlərin məhz ümummilli liderin irsinə sədaqətdən qaynaqlandığını diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, 2008-ci ilin prezident seçkiləri kimi, 2010-cu ilin parlament seçkiləri , Azərbaycan xalqının Heydər Əliyevin xatirəsinə böyük ehtiram bəslədiyini, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətə sonsuz etibar etdiyini ürəkdən dəstəklədiyini bir daha bariz surətdə göstərmişdir. Çünki möhtərəm Prezidentin müdrik daxili siyasəti xalqımızın azad, təhlükəsiz firavan yaşamasına ünvanlandığı kimi, yürütdüyü xarici siyasət regionda sülh sabitliyin təmin olunmasına, yaxın uzaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarının azad olunmasına, qaçqın köçkün soydaşlarımızın doğma yurdlarına qayıtması kimi respublikamızda bütün dünyada dəstəklənən məsələlərin həllinə yönəlmişdir.

Çıxışının sonunda Akademiya rəisi, general-leytenant Ziya Yusif-zadə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının professor-müəllim heyəti, dinləyiciləri kursantları, bütövlükdə şəxsi heyəti adından ulu öndər Heydər Əliyevin Vətənə, xalqa, dövlətə sədaqət ənənələrinə daim sadiq qalacaqlarını, onun bəxş etdiyi müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyinin keşiyində şərəf ləyaqətlə dayanacaqlarını bildirmişdir.

Mərasimdə çıxış edən dinləyicilər kursantlar ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət qayğıdan, onun misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan danışmış, ulu öndərin ideyalarının həyata keçirilməsində fəal iştirakçı olmaqdan şərəf qürur duyduqlarını bildirmişlər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alan kursantlara, gələcəyin milli təhlükəsizliyinin keşikçilərinə bəslədiyi inam etimadını qeyd edən kursantlar əminliklə bildirmişlər ki, Heydər Əliyev irsinə amallarına həmişə sadiq olacaq, Vətənin müstəqilliyini suverenliyini göz bəbəyi tək qoruyacaq, bütün Azərbaycan gəncləri kimi onlar da möhtərəm Prezident İlham Əliyevin ətrafında daim sıx birləşəcək, dövlətimizin qüdrətlənməsi üçün səylərini əsirgəməyəcəklər.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

 

Azərbaycan.- 2010.- 12 dekabr.- S.9.