İqtisadi inkişafın yüksəliş mərhələsi

 

Azərbaycanda son yeddi ildə həyata keçirilən böyük

infrastruktur layihələri ölkəmizin iqtisadi qüdrətindən xəbər verir

 

Azərbaycanda quruculuq prosesi sürətləndikcə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası dərinləşdikcə sosial-iqtisadi inkişaf prioritetləri də mahiyyət etibarilə dəyişir. Bu kimi vacib məqamları nəzərə alan Prezident İlham Əliyevin əsas məqsədi kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçidi təmin etməkdən, hər bir Azərbaycan vətəndaşı üçün bu iqtisadi uğurlardan bəhrələnmək imkanı yaratmaqdan ibarətdir.

Xalqın sosial rifahının daha da yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlərin həyata keçirilməsi əldə edilən müsbət nəticələrdəndir. "Əsl siyasət konkret və real iş görməkdir", - deyən cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır.

2008-ci ilin 15 oktyabrında mövcud siyasi kursun ictimaiyyət tərəfindən növbəti dəfə birmənalı dəstəklənməsini təmin edən ən başlıca amillərdən biri müstəqil Azərbaycanın ötən illərdə əldə etdiyi inanılmaz sosial-iqtisadi nailiyyətləridir. Ümumilikdə ötən 7 ildə ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi yadda qalmışdır. Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illərdə maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir.

Bu sahədəki prosesləri müsbət qiymətləndirən Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycan iqtisadiyyatı artıq şaxələndirilmiş iqtisadiyyatdır. 2009-cu ilin iqtisadi və maliyyə böhranı bunu bir daha göstərdi. Böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bütün sosial məsələlər həllini tapmışdır, valyuta ehtiyatlarımız daha da artmışdır və Azərbaycan iqtisadiyyatı dayanıqlılığını sübut etmişdir. Biz elə etməliyik ki, əldə olunan uğurlarla kifayətlənməyək. Görüləsi işlər çoxdur. Biz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi işləri ilə məşğuluq. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilirbiz bunun gözəl nəticələrini görürük. Təkcə son yeddi ilin statistikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı haqqında hər kəsdə əyani təsəvvür yaransın". Qeyd edək ki, son 7 il ərzində Azərbaycanda maaşlarpensiyalar orta hesabla 5-6 dəfə artmışdır. Yoxsulluq 4 dəfə azalmışdır, 900 minə qədər yeni yeri açılmışdır. Büdcə xərcləri 12 dəfə, hərbi xərclər təxminən 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır.

Prezident İlham Əliyev dövlətin, cəmiyyətin gələcəkdə əldə edəcəyi böyük faydaları nəzərə alaraq böyük maliyyə hesabına başa gələn infrastruktur layihələrini gerçəkləşdirməyi vacib sayır. Cənab İlham Əliyev daim vurğulayır ki, Azərbaycan vətəndaşlarının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi yüksəldilməli, əhali fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmalıdır.

İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə yüksək templə artması cənab İlham Əliyevin bu məsələyə necə böyük önəm verdiyini göstərir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdırsa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard, 2010-cu ildə 4,1 milyard manat təşkil etmişdir. 2011-ci ildə bu məqsədlə 3 milyard 380 milyon manatın ayrılması da dövlət büdcəsinin investisiyayönümlü olduğunu göstərir.

Azərbaycan Prezidentinin indiyə qədər imzaladığı strateji əhəmiyyətli bir sıra dövlət proqramları da vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Dövlət başçısı dəfələrlə bildirmişdir ki, paytaxtın və rayonların elektrik enerjisi, işıq və qazla təchizatının yaxşılaşdırılması həm də yeni istehsal müəssisələrinin yaradılması və normal fəaliyyət göstərməsi baxımından vacibdir. Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişafı, xüsusən də yeni enerjitutumlu istehsal müəssisələrinin fəaliyyətə başlaması elektrik enerjisinə, mavi yanacağa, suya olan tələbatı da kəskin surətdə artırır. Bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev qısa müddətdə energetika sahəsinin kompleks inkişafını nəzərdə tutan Dövlət Proqramı imzalamış, habelə əhalinin mavi yanacaqla təminatının yaxşılaşdırılmasını hökumət qarşısında mühüm məsələlərdən biri kimi müəyyənləşdirmişdir.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ikinci Dövlət Proqramının qəbulundan ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qazsu ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Bu müddət ərzində regionların da inkişafında mühüm rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası, şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi mühüm layihələr başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmiryolunun inşasına başlanmış, Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilmişdir.

2003-2008-ci illərdə Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilmişdir. Lənkəranda yeni dəniz limanının inşası davam etdirilir. Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün 7-si regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Şirvan şəhərində, Şabran, QubaFüzuli rayonlarında modul tipli elektrik stansiyalarının tikintisi davam etdirilir. Təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və digər rayonlar təbii qazla təmin edilmişdir.

İnşası davam edən mühüm layihələr sırasında Oğuz-Qəbələ-Bakı su kəməri strateji əhəmiyyət daşıyır. Kəmər yaxın perspektivdə istifadəyə verildikdən sonra Oğuz və Qəbələ ərazisindəki yeraltı su mənbələri hesabına Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində su nəql ediləcək və şəhər əhalisi yüksək keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Eyni zamanda, "Taxtakörpü" su anbarının inşası nəticəsində Bakı və Sumqayıt şəhərlərinin, ümumilikdə Abşeron yarımadasının içməli, suvarmatexniki su ilə təminatı 2 dəfə yaxşılaşacaqdır.

Ölkənin hazırkı dinamik sosial-iqtisadi inkişafı dayanıqlı infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin inkişafını da zəruri edir. Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2003-2010-ci illərdə regionlarda 1500 kilometrə yaxın magistral yollar çəkilmiş və ya əsaslı təmir edilmiş, 800 kilometr respublika əhəmiyyətli, 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılmışdır. Quba-İspik-Xınalıq, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Gəncə-Qazax, Hacıqabul-Kürdəmir, Biləsuvar-İran İslam Respublikasının dövlət sərhədi avtomobil yolları yenidən qurularaq istismara verilmişdir.

Dövlət investisiya siyasətinin başlıca məqsədi vəsaitləri sosialiqtisadi cəhətdən zəruri, lakin özəl sektor üçün cəlbedici olmayan layihələrə yönəltməkdir. Ona görə də qarşıdakı illər özəl sektorun inkişafı üçün əhəmiyyətli olan Azərbaycanın infrastruktur sahələrinin sürətli inkişaf dövrü olacaqdır. 2010-2013-cü illərdə ölkənin mühüm infrastruktur obyektlərinin, o cümlədən beynəlxalq magistraldaxili əhəmiyyətli yolların yenidən qurulması, içməli susuvarma sistemlərinin bərpası və genişləndirilməsi, regionların qazla təminatının yaxşılaşdırılması, kanalizasiya sistemlərinin bərpası üzrə investisiyaların həyata keçirilməsi nəzərdə tutulur.

Bütün bunlar göstərir ki, ölkədə infrastruktur layihələrinin gerçəkləşməsi, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Bu tədbirlər isə insanların daha firavanrahat yaşamasına, ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına xidmət edir.

Dövlət başçısı İlham Əliyev bu reallığı daim önə çəkir ki, dövlətin başlıca vəzifəsi mütərəqqi iqtisadisosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində büruzə verir.

Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyət təşkil etmir. Əksinə, ölkənin iqtisadi inkişafından, yeni neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Bütün bunlar isə cənab İlham Əliyevin hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində verdiyi "Mən hər bir vətəndaşın prezidenti olacağam" vədinin əməli işdə gerçəkləşdiyini birmənalı təsdiqləyir.

 

E.HACIALIYEV,

 

Azərbaycan.-2010.-16 dekabr.-S.1.