Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə

 

Hörmətli Nursultan Abişeviç!

Qazaxıstan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, zəngin ənənələrə malik Azərbaycan-Qazaxıstan dostluğu, qarşılıqlı etimada dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, istər ikitərəfli qaydada, istərsə beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız daim xalqlarımızın mənafelərinə, ölkələrimizin çiçəklənməsinə xidmət edəcək, regionumuzda sülhün əmin-amanlığın bərqərar olmasına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə, hörmətli Nursultan Abişeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qazaxıstan xalqına əmin-amanlıq rifah diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 dekabr 2010-cu il

 

Azərbaycan.-2010.-16 dekabr.-S.1.