Ağdamda Qarabağ müharibəsi əlilləri üçün fərdi evlər istifadəyə verilmişdir

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) vəsaiti ilə Ağdam rayonunun Çəmənli kəndində Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri üçün tikilmiş üç fərdi ev istifadəyə verilmişdir.

Bu münasibətlə keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ziyafət İsmayılov ƏƏSMN-in nümayəndəsi Hüseyn Rəhimov çıxış edərək Qarabağ müharibəsi əlilləri şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, bu qəbildən olan insanlara dövlət tərəfindən daim yüksək diqqət qayğı göstərildiyini vurğulamışlar.

Bildirilmişdir ki, ƏƏSMN tərəfindən indiyədək 3500 əlil şəhid ailəsi mənzillə təmin olunmuş, 2876 nəfərə "Oka", 500 nəfərə "Slavuta" markalı avtomobillər verilmişdir. Cari ildə Qarabağ müharibəsi əlilləri şəhid ailələri üçün ümumi sayı 715 mənzildən ibarət binalar, o cümlədən 200 fərdi evin tikilməsi nəzərdə tutulmuşdur.

Müharibə əlili Vahid Əliyev əlillərə göstərilən diqqət qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Mərasim iştirakçıları yeni tikilən evlərdə yaradılan şəraitlə tanış olmuşlar. Hər biri iki otaq mətbəxdən ibarət olan evlər mebel, su istilik sistemi ilə təmin olunmuşdur.

 

AzərTAc

 

Azərbaycan.-2010.-16 dekabr.-S.1.