YAP Qadınlar Şurasının
təşəbbüsü ilə Milli Məclisə seçilmiş
qadın deputatlarla görüş keçirilmişdir
Dekabrın 15-də Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının
təşəbbüsü ilə Milli Məclisə seçilmiş
qadın deputatlarla görüş keçirilmişdir.
Tədbir iştirakçıları
əvvəlcə Fəxri
xiyabanda ümummilli lider, müasir müstəqil Azərbaycan
dövlətinin və
Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə
əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış,
məzarı üzərinə
tər çiçəklər
düzülmüşdür.
YAP Sabunçu rayon
təşkilatının qərargahında
keçirilən görüşdə
partiyanın Qadınlar
Şurasının sədri
Nurlana Əliyeva, YAP İdarə Heyətinin üzvü, Milli Məclis Sədrinin müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin İnsan hüquqları komitəsinin
sədri Rəbiyyət
Aslanova və başqaları çıxış
etmişlər.
Çıxışlarda vurğulanmışdır
ki, Milli Məclis ölkəmizin inkişafı naminə vacib qanunlar qəbul edir və onların hazırlanmasında qadın
deputatlar da fəal iştirak edirlər. Bildirilmişdir
ki, 4-cü çağırış
Milli Məclisdə 20
qadın deputat təmsil olunur ki, onların da 14-ü YAP-ın üzvləridir.
Müstəqil Azərbaycanda ulu
öndər Heydər
Əliyev tərəfindən
əsası qoyulmuş
qadın siyasətinin
Prezident, YAP sədri İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini vurğulayan natiqlər, qadın deputatların öz fəaliyyətləri
ilə ölkəmizin
inkişafına töhfə
verəcəklərinə
əminliklərini bildirmişlər.
Azərbaycan dövlətinin
qazandığı nailiyyətlərin
təbliği üçün
qadın deputatların
iştirakı ilə
müxtəlif tədbirlərin
təşkili barədə
təklif iştirakçılar
tərəfindən yüksək
qiymətləndirilmişdir.
Azərbaycan.-2010.-16 dekabr.-S.2.