Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Polad Bülbüloğluna Dövlət Sülh Tərəqqi mükafatını təqdim etmişdir

 

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələri Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun sədri Polad Bülbüloğluna Qazaxıstanın birinci Prezidenti - Millətin Liderinin Dövlət Sülh və Tərəqqi mükafatına layiq görülmüşdür.

Təntənəli mükafatlandırma mərasimi dekabrın 15-də Qazaxıstan Prezidentinin "Akkord" iqamətgahında olmuşdur.

Polad Bülbüloğlu bu ali mükafata Azərbaycan Qazaxıstan xalqları arasında sülhün dostluğun, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə xüsusi töhfəsinə görə layiq görülmüşdür.

Prezident Nursultan Nazarbayev mükafatı təqdim edərək P.Bülbüloğlunun türk dünyası qarşısında böyük xidmətlərini, 12 il rəhbərlik etdiyi beynəlxalq TÜRKSOY təşkilatının yaradılmasında inkişafında rolunu xüsusi vurğulamışdır.

Prezident xatırlatmışdır ki, TÜRKSOY-un yaradılması haqqında müqavilə 1993-cü ildə Qazaxıstanın əvvəlki paytaxtı Almatıda imzalanmış postsovet məkanında türkdilli xalqların mənəvi birliyinin dayaq nöqtəsinə, gənc suveren respublikalarımızın həyatında əlamətdar hadisəyə çevrilmişdir.

Polad Bülbüloğlu vətəndaşlıq mövqeyi aktiv fəaliyyəti ilə dilimizin tariximizin birliyi, zəngin mənəvi irsimizin qorunub saxlanması öyrənilməsi, türkdilli xalqların müasir mədəniyyətinin incəsənətinin dünya səviyyəsində təbliği ideyasının inkişafına kömək etmişdir.

P.Bülbüloğlu fəaliyyətinə verilən yüksək qiymətə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirərək demişdir ki, gələcəkdə qardaş xalqlarımız arasında çoxşaxəli ikitərəfli münasibətlərin möhkəmləndirilməsində inkişafında yaxından iştirak edəcəkdir.

Dövlət Sülh Tərəqqi mükafatına qazax milli incəsənətinin qocaman nümayəndəsi, ölkənin sabiq mədəniyyət naziri Erkeqali Raxmadiyev layiq görülmüşdür.

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2010.-16 dekabr.-S.2.