Akademik Ramiz Mehdiyevin
"Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxmışdır
Azərbaycanın Aktaudakı
baş konsulluğunun
himayəsi və
"Azərbaycanın Qazaxıstanda
Biznes İnvestisiyası
Assosiasiyası"nın
(ABİA) maliyyə dəstəyi
ilə Azərbaycan Prezidenti Administrasiyasının
rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman
haqqında düşünərkən"
kitabı qazax dilində nəfis şəkildə çap
olunmuşdur.
Kitabda Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev tərəfindən əsası
qoyulmuş müasir dövlətçiliyimizin möhkəmləndirilməsi
və inkişafı yolunda qazanılan uğurlar, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı
uğurlu daxili və xarici siyasət geniş şərh edilir.
Əsərdə Azərbaycanın müstəqilliyini bərpa
etdikdən sonra demokratiya, bazar iqtisadiyyatına keçid,
milli dövlətə
çevrilmə istiqamətində
atdığı addımlar
təhlil edilir, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən güclü
dövlətin yaradılması,
iqtisadiyyatın modernləşdirilməsi
və azad vətəndaş cəmiyyətinin qurulması sahəsində həyata keçirilən prinsiplər
əks etdirilir.
Kitabın Qazaxıstanın dövlət
orqanları və ictimaiyyət nümayəndələri
arasında böyük
maraq kəsb edəcəyini nəzərə
alaraq, onun Astana və Aktau şəhərlərində
təqdimatının keçirilməsi
nəzərdə tutulmuşdur.
Kitab Qazaxıstanın dövlət orqanlarına,
ali təhsil müəssisələrinə və
kitabxanalara da təqdim ediləcəkdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Aktau
Azərbaycan.-2010.-17 dekabr.-S.1.