Dünya azərbaycanlıları vahid amal ətrafında səfərbər olurlar

 

Londonda DAK-ın XI Qurultayı keçirilmişdir

 

Bu gün sürətlə inkişaf edən, mövcud olduğu regionun lideri statusunu daşıyan Azərbaycan beynəlxalq hüququn müstəqil, fəal subyekti kimi dünya miqyasında mövqeyi daim güclənən, nüfuzu yüksələn dövlətlər sırasında yer alır. İstər ölkədə, istərsə onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı bu gün böyük nailiyyətlərə imza atan Azərbaycanın uğurları ilə fəxr edir, beynəlxalq məkanda dövlətimizlə qürur duyduğunu iftixarla bəyan edir. İndi hər bir azərbaycanlı dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, Azərbaycanın təbliğatını aparmağı, onun səsini dünyaya çatdırmağı özünə borc bilir.

 

Ölkəmizin sərhədlərindən kənarda yaşayan milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsində mümkün olmuşdur. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, onun müəyyənləşdirdiyi inkişaf strategiyasını müvəffəqiyyətlə həyata keçirən Prezident İlham Əliyev isə Azərbaycan diasporunun formalaşdırılması sahəsində əldə olunan nailiyyətləri yeni inkişaf mərhələsinə qaldırmış bunu hər zaman xüsusi diqqət mərkəzində saxlamışdır. Məhz dövlət başçısının diqqəti sayəsində diaspor məsələlərinə diqqət daha da artırılmışdır. Xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasəti müvəffəqiyyətlə davam etdirilməkdədir. Cənab İlham Əliyev əksər xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir. Bütün bunlar təbii ki, dünyanın müxtəlif bölgələrində olan soydaşlarımızın təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyin daha da möhkəmləndirilməsi, diaspor quruculuğu işinin müvəffəqiyyətlə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.

Hazırda dünya miqyasında fəaliyyət göstərən soydaşlarımız tərəfindən yaradılmış xeyli sayda diaspor təşkilatları mövcuddur. Azərbaycanı dünyada təbliğ edən, onun reallıqlarını, haqq səsini beynəlxalq ictimaiyyətə çatdıran belə təşkilatlardan biri Dünya Azərbaycanlıları Konqresidir (DAK). Sözügedən konqresin dekabrın 10-dan 14-dək London şəhərində XI Qurultayı keçirilmişdir. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın ona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğal edilməsi faktını bir daha Böyük Britaniya dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün qurultaydan bir gün əvvəl London şəhər rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış şəkildə BBC radiostansiyasının ofisi qarşısında aksiya keçirilmişdir.

Bu barədə məlumat verən DAK İdarə Heyətinin üzvü, əməkdar artist Ağalar Bayramovun sözlərinə görə, 250 nəfərədək insanın iştirak etdiyi aksiyada Ermənistana göstərilən hərbi, siyasi iqtisdi yardımların dayandırılması, Dağlıq Qarabağ ona bitişik digər Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi kimi tələblər irəli sürülmüşdür. Aksiyanın sonunda qətnamə oxunmuş professor Qulamrza Səbri Təbrizi tərəfindən BBC-nin ofisinə təqdim olunmuşdur.

DAK-ın XI Qurultayı dekabrın 12-də öz işinə başlamışdır. Dünyanın 16 ölkəsindən 230 nəfər nümayəndənin iştirakı ilə keçirilən qurultayda əsasən təşkilati məsələlərlə bağlı qərarlar qəbul olunmuşdur. Buvaxtadək DAK-ın İdarə Heyəti 21 nəfərdən ibarət idi. XI Qurultayda qəbul olunmuş qərarla İdarə Heyəti üzvlərinin sayı 19-a endirilib. Onların 3 nəfəri Azərbaycanı təmsil edir. Bunlar professor Paşa Qəlbinur, Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı Ağalar Bayramovdur.

DAK İdarə Heyətinin qərarı ilə təşkilatın həmsədrləri seçilmişlər. Bunlar Azərbaycandan Paşa Qəlbinur, ABŞ-dan isə GünAz TV-nin rəhbəri Əhməd Obalıdır. İdarə heyətinin digər qərarları ilə Əsmayət Cavadova DAK-ın Qadınlar Şurasının sədri, Nadir Orucov DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri seçilmişlər. Qurultay iştirakçılarının yekdil qərarı ilə Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə DAK-ın fəxri sədrləri seçilmişlər. Bununla da DAK-ın XI Qurultayı öz işini başa vurmuşdur.

 

Azərbaycan.-2010.-17 dekabr.-S.3.