"Hər birimiz Mübarizik, Fəridik!" qəhrəmanlıq balladasının təqdimatı olmuşdur

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətlər göstərmiş Milli Qəhrəman gizir Mübariz İbrahimovun, hərbi borcunu həyati təhlükə altında yerinə yetirərək igidlik göstərmiş baş leytenant Fərid Əhmədovun Vətən torpağına qovuşduqları vaxtdan 40 gün keçir.

Lakin həmin izdihamlı dəfn mərasimi, xalqımızın dövlətimizin öz şəhid övladlarına göstərdiyi böyük ehtiram heç vaxt unudulmur. Ötən 40 gün ərzində şəhid hərbi qulluqçular haqqında kütləvi informasiya vasitələrində xeyli material dərc edilmiş, şeirlər yazılmış, mahnılar bəstələnmiş, kitablar nəşr olunmuşdur.

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin sözlərinə tanınmış bəstəkar Tahir Əkbərin bəstələdiyi "Hər birimiz Mübarizik, Fəridik!" qəhrəmanlıq balladası öz aktuallığı peşəkarlığı ilə seçilir.

Dekabrın 16-da Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində qəhrəmanlıq balladası əsasında hazırlanmış klipin təqdimat mərasimi şəhidlərin xatirəsinə əsgəri ehtiram olmaqla yanaşı, həm şəxsi heyətdə böyük ruh yüksəkliyi, qələbəyə sonsuz inam yaratmışdır.

Təqdimat mərasimində çıxış edən Müdafiə Nazirliyi Tərbiyə İşləri İdarəsinin rəisi polkovnik Hafiz Məmmədov qeyd etmişdir ki, 40 gün öncə bu salonda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəhidlərlə vida mərasimində iştirak etmiş, onların valideynlərinə başsağlığı vermişdir. Şəhid hərbi qulluqçuların Azərbaycan bayrağına bürünmüş tabutları qarşısında geniş nitq söyləyən dövlətimizin başçısı demişdir: "Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündürE Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir".

Sonra tamaşaçılar qəhrəmanlıq balladasını böyük maraqla izləmişlər.

...Qarabağ tüstü-duman içindədir. Yandırılmış yurd yerləri, viran edilmiş ocaqların fonunda ana (xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahova) fəryad qopararaq Vətən oğullarını müqəddəs savaşa çağırır, Şəhidlər xiyabanında övlad məzarı üstə ağı deyən anaya yanaşan əsgərlər (Aziz Hüseynov Xəlil Allahverdiyev) "Hər birimiz Mübarizik, Fəridik!", - deyə anaya təsəlli verirlər. Sonra Prezident kimi fəaliyyətinin əsas prioritetinin ordu quruculuğu məsələləri olduğunu dəfələrlə vurğulamış Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cəbhə bölgəsində, hərbi hissələrdə döyüşçülərlə görüşür, onların problem qayğıları ilə maraqlanır, fərqlənənlərə mükafatlar təqdim edir. Ali Baş Komandanın böyük qürurla dediyi sözlər əsgər zabitləri qələbəyə ruhlandırır: "Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi oğullar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər!"

Cənubi Qafqazda ən güclü, qüdrətli Azərbaycan Ordusu öz peşəkarlığını nümayiş etdirir. İrimiqyaslı, taktiki təlimlərdən, hərbi paraddan görüntülər qəhrəmanlıq balladasını daha maraqlı edir.

Xalqına dövlətinə arxalanan Azərbaycan əsgəri Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduğunu bəyan edir.

Mübarizlə Fəridin məzarları önündə ananın əlində tutduğu Quranın altından keçən gənc əsgərlər Qələbə əzmi, Qarabağı düşmən tapdağından azad etmək arzusu ilə cəbhəyə yola düşürlər. Oğul itkisinə baxmayaraq, başını uca tutan şəhid anası qələbəyə inam hissi ilə deyir:

- Təki Vətən sağ olsun!

Qəhrəmanlıq balladasının təqdimat mərasimində ssenarinin müəllifi Abdulla Qurbani, bəstəkar Tahir Əkbər, ana rolunun ifaçısı xalq artisti Amaliya Pənahova, respublika Veteranlar Şurasının sədri Əlövsət Baxışov başqaları çıxış edərək Mübariz Fəridin adlarının heç zaman unudulmayacağını, onların qəhrəmanlıqlarının hər bir Azərbaycan gənci üçün örnək olacağını qeyd etmişlər.

 

Azərbaycan.-2010.-17 dekabr.-S.5.