Bir vaxtlar dəmiryolçular
qəsəbəsi kimi
tanınan Hacıqabul
indi abad şəhərə çevrilir
Ələt-Qazax
magistral şose yolunun 52-ci kilometrliyindəki
kiçik yüksəklikdən
bir şəhər görünür. Bu, Hacıqabul rayonunun mərkəzidir. Qeyd edək ki, Hacıqabul
Azərbaycanın inzibati
coğrafiyasına daxil
edilən yeni rayonlardandır. Qədim karvan yolunun üstündə yerləşən
bu yer uzun
illər Şirvan şəhərinin (keçmiş
Əli Bayramlı) tərkibində olub. Ancaq onun inkişafı
son 5-6 ildən bəri başlayıb.
Regionların
sosial-iqtisadi inkişafı
dövlət proqramlarının
icrası çərçivəsində
burada çox işlər görülüb.
Bir-birindən yaraşıqlı
inzibati binalar, yaşayış evləri
tikilib, parklar, xiyabanlar salınıb, küçələr asfaltlaşdırılıb.
Yaşı minilliklərin
o tayından boy verən qədim Şirvan torpağındakı bu gənc şəhərin gecələri gur işıq selində daha cazibədar görünür. Müstəqil Azərbaycanın memarı,
xalqımızın böyük
oğlu Heydər Əliyevin adını daşıyan park şəhərə xüsusi
gözəllik verir. Şəhər əhalisinin
ən çox xoşladığı istirahət
yeri olan bu parkın ərazisində ulu öndərin qranitdən yonulmuş heykəli ucalır. Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən mərkəz də burada yerləşir.
İki
ildir hacıqabullular təbii fəlakətlərlə
üzləşməli olurlar.
2009-cu il sentyabrın
20-də yağan leysan
yağışlar rayonun
iqtisadiyyatına, infrastrukturuna,
əhaliyə ciddi ziyan vurdu. Yağış
suları Hacıqabul şəhərində küçələri,
həyət-bacaları basdı,
kommunikasiya xətlərinin
çox hissəsi sıradan çıxdı,
bəzi evlər uçdu. Nəvahı zonasında isə evlərlə yanaşı,
əkin sahələri,
bağ-bağatlar, ot tayaları, taxıl su altında qaldı.
2010-cu il də rayon əhalisi üçün asan il olmadı. Kür çayında daşqının qarşısının
alınması üçün
görülən tədbirlərə
baxmayaraq, may ayının 23-də səhərə
yaxın Meyniman kəndində su bəndi yardı. Amma kənd camaatı tək deyildi. Fövqəladə Hallar Nazirliyinin, bir sıra təşkilatların,
Azərbaycan Ordusunun o
zaman Şirvan şəhərindəki qərargahda
yerləşdirilən çoxlu
sayda texnikası operativ olaraq təbii fəlakətin törətdiyi hadisə yerinə gətirildi. "Meliorasiya və
Su Təsərrüfatı" ASC-nin, habelə rayondakı digər təşkilatlar da əllərindən gələni
əsirgəmədilər. Ağırtonlu yük maşınları
fasiləsiz olaraq daş parçaları, torpaq daşıdılar.
Əsgərlər, kənd əhalisi
gecəli-gündüzlü bəndbərkitmə işləri
apardılar. Tezliklə yarılan
bənd bərpa olundu. Amma işlər bununla
bitmədi. Lazımi yerlərdə
körpülər, su
keçidləri tikildi,
ev-eşiyi uçulmuş
adamlar üçün
evlər tikilməyə
başladı. Verilən tapşırığa
əsasən evlər
payıza qədər
tikilməli idi. Belə də oldu. Prezident sentyabr ayının
7-də Hacıqabul rayonuna
səfəri zamanı
Meyniman kəndində
təzə evlərin
açarlarını daşqından
ziyan çəkmiş
ailələrə təqdim
etdi.
Mirzəli Cəfərov:
- May ayının 23-dən başlayaraq kəndimizin müəyyən ərazisi
Kürün daşması
nəticəsində su
altında qalmışdı.
Ev-eşikləri, həyət-bacaları, əmlakları su altında qalmış digər sakinlər kimi mən də
sanki əlimi həyatdan üzmüşdüm.
Amma bir təsəlli, ümid yerimiz vardı. Bilirdik ki, dövlətimiz,
onun rəhbəri bizi heç vaxt darda qoymaz.
Yanılmamışdıq. Prezidentin tapşırığı ilə əlaqədar nazirliklər və baş idarələr bu işə cəlb edildi, rayon icra hakimiyyəti əlindən gələni
əsirgəmədi. Atam Həsən
Cəfərov Böyük
Vətən müharibəsi
veteranıdır. 87 yaşı var. Onun da evi su
altında qalmışdı.
Atam və mənim üçün daşdan, hər cür şəraiti olan ev tikdilər. 2010-cu il sentyabrın
7-də dövlət başçısı
kəndimizin sakinləri
ilə bərabər bizə də təzə evlərin açarlarını təqdim
edəndə necə sevindiyimizi sözlə ifadə etmək çətindir. Həmin gün kənd
camaatı üçün
əsl toy-bayram idi.
Mərhəmət Yaqubov:
- Daşqın suları
ildırım sürəti
ilə kəndimizin ərazisinə dolduğundan
evlərimiz, əkin sahələrimiz bir göz qırpımında
tamamilə su altında qaldı. Bir müddət qohum-qardaşın
evində yaşamalı
olduq. Dövlətin
bizə qayğısını
elə ilk gündən
hiss etdik. Bizə hər cür
xidmət göstərilirdi.
Həkimlər hər gün
bizi müayinə edirdilər. Tezliklə ziyançəkənlərə
kompensasiyalar ödənildi.
Qarşıda isə bizi xoşmüjdəli gün
gözləyirdi. Həmin günü
bütün meynimanlılar
heç vaxt unutmayacaqlar. Prezidentin əlimizi
sıxması və təzə evlərin açarlarını bizə
verməsini necə yaddan çıxarmaq olar? Xüsusilə də Prezident
mənim ailəmin qonağı olubsa. Bu xoşbəxtliyi heç bir sözlə ifadə edə bilmərəm.
Hacıqabul bu çətinliklərə baxmayaraq,
2010-cu ili yaxşı nəticələrlə
başa vurur. Təkcə yanvar-noyabr aylarında məhsul istehsalının həcmi
ötən ilin eyni dövrü ilə müqayisədə
38,6 faiz artmışdır. Havalar qeyri-sabit
keçsə də, rayonun kənd təsərrüfatında taxıl
istisna olmaqla, yüksək göstəricilər
əldə olunmuşdur.
Ötən ilin müvafiq
dövrü ilə müqayisədə mal-qaranın,
quşların sayı
xeyli artmışdır
ki, bu da
heyvandarlıq məhsulları
istehsalının artımına
şərait yaratmışdır.
Rayonda tikinti-quruculuq işləri
də uğurla davam edir. Hazırda Hacıqabulda
8 tikinti təşkilatı
fəaliyyət göstərir.
Onların hesabına bu il Rəncbər, Birinci Udullu, Meyniman, Qarasu, Abdulabad, Qızılburun, Ələtli,
Atbulaq kəndlərində,
Navahı, Padar qəsəbələrində yollara
çınqıl döşənmiş,
asfalt basılmışdır.
Eyni zamanda, Hacıqabul şəhərinin
dağüstü massivində
820 metr suötürücü
boru çəkilmiş,
həmin əraziyə
78 kran, 42 suçiləyici,
2 nasos quraşdırılmışdır.
Yaşıllıqdan korluq çəkən
rayon "Ekologiya ili"ndə
öz yaşıl libasını xeyli yaxşılaşdırmışdır. Rayonun ərazisində bu il 20 minə
yaxın müxtəlif
növ ağac, 8 min gül kolu əkilmişdir.
Ağac əkini hazırda da davam edir.
Bu gün
Hacıqabulun təbii
qaz sistemi yenidən qurulur. Bu işi
"NZ İnşaat", "İnterqazservis", "Bərpa-TT-2009",
"Elnur-2", "AzSan.Tex.Plast" MMC-lər və digər təşkilatlar həyata keçirirlər.
Artıq
rayon mərkəzinin bir
çox küçələrində
qaz çəkilişi
başa çatmışdır.
Ümumilikdə 170 min pm boru çəkilmiş,
500-ə yaxın evə
çıxış dayağı
qoyulmuş, 68 siyirtmə,
2 kollektor quraşdırılmışdır.
Həmçinin kəndlərə də qaz çəkilişinə
başlanmışdır.
Seyran
CAVADOV,
Azərbaycan.-2010.-17 dekabr.-S.6.