Azərbaycan Ordusu işğal
altında olan ərazilərimizi azad etməyə hər an
qadirdir
Azərbaycanın iqtisadi imkanları
artdıqca hərbi potensialı da güclənir. Məhz
sürətli iqtisadi inkişafın nəticəsidir ki,
büdcədən ayrılan hərbi xərclər təxminən
20 dəfə artıb. Xatırlatmaq yerinə düşərdi
ki, Azərbaycanın müdafiə məqsədilə
ayırdığı xərclərin miqdarı Ermənistanın
bütün dövlət büdcəsindən artıqdır.
2010-cu il üçün ölkəmizin ümumi hərbi xərcləri
2 milyard 150 milyon dollara çatıb ki, bu da qeyd edildiyi kimi,
Ermənistanın dövlət büdcəsindən
çoxdur. Gələn
il isə bu məbləğ 3 milyard 100 milyon dollara bərabər
olacaq.
Bununla yanaşı, Azərbaycan
Silahlı Qüvvələrinin hərbi
hazırlığı və döyüş qabiliyyəti də
yüksək səviyyəyə çatdırılıb. Bu
gün ölkəmizin dayanıqlı müdafiə, ordunun təkmil
vahid idarəetmə sistemi mövcuddur. Silahlı Qüvvələrdə
nəzarət və rabitə sahəsində
avtomatlaşdırma işləri davam etdirilir. Azərbaycanda hərbi
sənayenin sürətli inkişafı Silahlı Qüvvələrin
müasir hərbi potensialının formalaşmasına əsaslı
zəmin yaradır. Ümumiyyətlə, iqtisadi inkişafa
müvafiq olaraq hərbi xərclərin artırılması
ordumuzun maddi-texniki təminatının, o cümlədən
silah-sursatla təchizatının daha modern hala gəlməsinə
imkan verir. Hazırda Azərbaycan Silahlı Qüvvələri
həm yerli istehsal, həm də xaricdən alınan texnika
hesabına öz döyüş qabiliyyətini
artırır. Qeyd edilənlərin nəticəsidir ki, bu
gün ölkəmiz Cənubi Qafqazın ən güclü
ordusuna malikdir.
Ancaq bütün bunlara
baxmayaraq, ümidlər tükənmədiyindən ölkəmiz
Dağlıq Qarabağ münaqişəsinin hələ də
sülh yolu ilə həllinin tərəfdarıdır. Azərbaycanın
haqlı və ədalətli mövqeyini sistemli şəkildə
bütün dünyaya bəyan edən, ölkəmizin humanizm
və sülhpərvərlik prinsiplərinə daim sədaqətli
olduğunu bildirən Prezident İlham Əliyev dəfələrlə
bildirib ki, Azərbaycanın ərazi bütövlüyü
heç zaman müzakirə mövzusu ola bilməz və bu
yöndə heç bir kompromis mümkün deyil: "Bizim ən
böyük kompromisimiz ondan ibarətdir ki, 20 ilə
yaxındır torpaqlarımız işğal altında
qaldığı halda, Azərbaycan hələ də sülh
prosesinə sadiqdir".
Ölkə rəhbərinin
bu mövqeyini sülhsevər xalqımız bəyənir.
Lakin "son variant kimi, torpaqlarımızın
azadlığı uğrunda müharibə variantı
heç vaxt istisna edilmir" bəyanatına da
özünü səfərbər görür.
Etiraf etmək lazımdır
ki, Azərbaycan xalqı ilə Silahlı Qüvvələrin
qəlbi indiki qədər birgə döyünməyib.
Şübhəsiz, bu amil dövlətin ordu quruculuğuna
yüksək qayğısı ilə yanaşı, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
qətiyyətli sərkərdə xarakteri, dönməz
mövqeyi və fədakar fəaliyyəti ilə bağlıdır.
Bu gün hərbi xərcləri
Ermənistanın bütün xərclərindən
üstün olan Azərbaycan güclü dövlət
qurması, iqtisadi imkanlarını kifayət qədər
genişləndirməsi və bölgədə aparıcı
mövqe tutması sayəsində dünya arenasında söz
sahibi kimi çıxış edə bilir. Elə bunun nəticəsidir
ki, beynəlxalq aləmin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə
həssaslığı xeyli artıb. Bu münaqişənin
bölgədə gedən proseslərə ciddi mənfi təsiri,
Azərbaycanın iştirakı olmadan hər hansı regional
təşəbbüsün gerçəkləşməsinin
mümkünsüzlüyü amili artıq beynəlxalq arenada
dilemma kimi qarşıya çıxır. Bütün beynəlxalq
hüquq normalarına dəqiq və yüksək ehtiramla əməl
edən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi,
ərazi bütövlüyünün bərpa olunması
iddiasında güzəştsiz dərəcədə
israrlıdır. Ermənistan isə zəbt etdiyi torpaqları
işğalda saxlamaqda, bütün həqiqətləri
qulaqardına vurmaqda və beləliklə, münaqişənin
həlli istiqamətindəki danışıqlardan
dolayısı ilə yayınmaqda davam edir. Onun bu
"inadı"nın arxasında hansı amillər
dayanır? Prezident İlham Əliyev
çıxışlarının birində bu məsələlərə
yetərincə toxunub: "Ermənistandan köçüb
gedənlərin sayı artır. Bu gün - 2010-cu ildə vəziyyət
belədir. Yəni biz bilirik ki, hətta təmas xəttində,
o təmas xəttini qorumaq üçün Ermənistan
ordusunda canlı qüvvə çatışmır. Bu
yaxınlarda o ölkədə elan edilmiş bəzi tədbirlər
onu göstərir ki, onlar hansı çətin vəziyyətdədirlər.
Yəni onlar səfərbərliyə cəlb ediləcək
insanların yaş həddini artırırlar. Orada canlı
qüvvə Azərbaycanda olan insani potensialla müqayisə
oluna bilməz. Bu, vacib məsələdir ki,
üstünlük bizim tərəfimizdədir. Digər
bütün başqa sahələrdə də
üstünlük bizim tərəfimizdədir".
Əsl həqiqət belədir.
Bu həqiqəti - Ermənistanla Azərbaycan arasında istər
iqtisadi sahədə, istər ordu quruculuğu sahəsində,
istərsə də digər sahələrdə olan fərqin
daha da böyüməsini dərk etməmək və ya dərk
etmək iqtidarında olmamaq artıq Ermənistan kimi ələbaxım
bir ölkənin öz problemidir. Həqiqətlə məkrin,
hiylənin arasındakı uçurumu görə bilməyən,
sığınmaq, pənah gətirmək üçün
aclığın, səfalətin və rəzalətin əlindən
qaçıb Azərbaycana üz tutan erməni hərbçilərinin
təəssübünü belə çəkməyən
Ermənistan münaqişənin həlli istiqamətindəki
danışıqlardan yayındıqca, məğlubiyyət
girdabına daha çox yuvarlanır. Çünki həqiqətin
bir üzü var və bu həqiqət Azərbaycan
üçün birmənalıdır. Prezident İlham Əliyevin
təbirincə desək: "Azərbaycan müharibə şəraitindədir.
Müharibə bitməyib, müharibənin birinci mərhələsi
başa çatıbdır. Biz elə etməliyik ki, istənilən
anda torpaqlarımızı hərbi yolla azad edə bilək".
İstənilən anda Azərbaycan
Silahlı Qüvvələrinin zəfər yürüşlərinə
başlaması üçün bütün birləşmələrin
zirehli texnikaları üzərində modernləşdirmə
işlərindən tutmuş, atəşin və
döyüşün müasir tipli idarəetmə sistemlərinin
quraşdırılması da daxil olmaqla çox gərəkli
tədbirlər həyata keçirilib. Görülən
işlərin ümumi miqyasını təsəvvür etmək
üçün təkcə bir faktı xatırlatmaq yetərli
sayıla bilər: Azərbaycan Ordusu maksimal uzaqlıqda yerləşən
düşmən hədəflərini hava şəraitindən
asılı olmayaraq, gecə və gündüz məhv etmək
imkanına malikdir. Başqa sözlə, yeni silah sistemlərinin
alınıb quraşdırılması sayəsində
Silahlı Qüvvələrimiz Ermənistan ərazisinin istənilən
nöqtəsində hansı vəziyyətdə olmasından
asılı olmayaraq, hər bir hədəfi məhv etməyə
qadirdir.
Döyüş
hazırlığı ilə əlaqədar əhəmiyyətli
tədbirlərdən biri də Azərbaycan Silahlı Qüvvələri,
Dövlət Sərhəd Xidməti və Daxili
Qoşunların hərbi hissə və bölmələrinin
birgə əməliyyat-taktiki təlimi ilə
bağlıdır. Belə təlimlərdə hərbi
qüvvələrimiz yüksək peşəkarlıq və
döyüş məharəti nümayiş etdirmişlər.
Məsələn, cari ilin iyunun 24-də keçirilən təlimə
cəlb olunan bütün şəxsi heyət əvvəlkilər
kimi, yenə də yüksək döyüş
hazırlığı nümayiş etdirdi.
Öz ordularındakı
acınacaqlı və dözülməz vəziyyətə
görə Azərbaycan tərəfə keçməyə
üstünlük verən erməni əsgərlərinin
qaçışı Ermənistanın bugünkü
reallığı, sabahkı faciəsidir. Bu həqiqəti
Ermənistan ictimaiyyəti də artıq dərk edir. Ermənistan
rəhbərliyi isə hələ də müxtəlif
yollarla, hətta öz ölkəsində müxtəlif terror
əməliyyatları törətməklə
danışıqlar prosesini ləngidir. Azərbaycanın daim
konstruktivlik nümayiş etdirdiyini, məsələnin
sülh yolu ilə həllində israrlı olduğunu,
bölgədə sülhün yaranmasına
çalışdığını vurğulayan Prezident
İlham Əliyev demişdir: "Baxmayaraq ki, Ermənistanın
qeyri-səmimi davranışı artıq özünü
açıq şəkildə büruzə verir, biz
danışıqlar prosesinə hələ ki müsbət
yanaşırıq. Hələ ki Ermənistan tərəfindən
cavab gözləyirik. Son təkliflər qəbul olunarsa, onda
sülh sazişi üzərində iş başlana bilər. Əgər
təkliflər qəbul olunmazsa onda, ümumiyyətlə,
danışıqlar prosesinə yenidən
baxılmalıdır və əlbəttə ki, Azərbaycan
yaranacaq vəziyyətə adekvat mövqe nümayiş etdirəcəkdir".
Azərbaycan.- 2010.-18
dekabr.- S. 1.