Bakıda IV Beynəlxalq Mstislav Rostropoviç festivalı davam edir

 

Bakıda IV Beynəlxalq Mstislav Rostropoviç festivalı dekabrın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında növbəti konsert proqramı ilə davam etdirilmişdir.

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalın növbəti günündə tamaşaçılar Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında bir-birindən maraqlı ifaları dinləmişlər.

Orkestrin dirijoru M.Rostropoviçin tələbəsi Maksim Vengerov, solisti isə Eliso Virsaladze (fortepiano) olmuşlar.

Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənmişdir.

Festivala dekabrın 19-da yekun vurulacaqdır.

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 dekabr.- S. 3.