Bakıda "Türkdilli
xalqların musiqi alətləri" mövzusunda
Beynəlxalq simpozium başa çatmışdır
Dekabrın 17-də Bakıda "Türkdilli xalqların musiqi alətləri" mövzusunda Beynəlxalq simpozium başa çatmışdır. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı) və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
AzərTAc xəbər verir ki, simpoziumun ikinci günündə "Türk xalqlarının musiqi alətlərində ümumilik və özünəməxsusluq", "Musiqi alətləri ədəbiyyatda və təsviri incəsənətdə", "Türk xalqlarının musiqi alətləri kolleksiyaları", "Bəstəkar yaradıcılığında ənənəvi musiqi alətləri" və digər bölmə iclaslarında ümumilikdə 40-dan çox məruzə dinlənilmişdir.
Bu məruzələrin toplu halında çap edilməsi nəzərdə tutulmuşdur.
Tədbirə Azərbaycan
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin nəzdində fəaliyyət
göstərən qədim
musiqi alətləri ansamblının konserti ilə yekun vurulmuşdur.
Azərbaycan.- 2010.- 18 dekabr.- S. 8.