Ölkə iqtisadiyyatının
neftdən asılılığını
azaltmaq üçün
görülən tədbirlər
real nəticələr
verir
Bu gün Azərbaycanda avtomobildən
tutmuş kompüterəcən
istehsal olunur
Neft və qaz təbii
sərvət kimi həmin ehtiyatlara malik hər hansı ölkənin sosial-iqtisadi inkişafına
səbəb yox, təkan olmalıdır. Bu, proqressiv iqtisadçıların, uzaqgörən
təhlilçilərin, təcrübəli
idarəçilərin çoxdan
gəldikləri qənaətdir.
Baxmayaraq ki, bəzən bir neft-qaz quyusundan götürülən xeyir
bəzən istismara verilməsi illərlə vaxt, ətək-ətək
vəsait tələb
edən zavodun verdiyi qazancdan çox və tez olur. Amma
quyu müəyyən
dövr ərzində
sahibinə yalnız vəsait verir və o, həmin
vəsaitdən səmərəli
istifadə edə də, etməyə də bilər. Birinci halın nəticəsi inkişaf, ikincininsə qurumuş quyulardır. Elə müxtəlif ölkələrin
adları ilə tanınan "sindrom"lar da məhz
neft-qaz pullarından bu bir-birinə zidd iki cür
istifadənin məlum
təzahüründən yaranmışdır.
Azərbaycanın bu sarıdan bəxti üç qat gətirib. Əvvəla, ölkəmiz müstəqil
şəkildə öz
karbohidrogen ehtiyatlarına
sahib olduğu vaxt artıq neft-qaz gəlirlərindən
səmərəli istifadənin
bir modeli var idi. Sonrası, ölkədə
həmin modelə üstünlük verən
hakimiyyət mövcuddur.
Üçüncüsü də, "Azərbaycanın
təbii sərvətləri
xalqa məxsusdur" deyən Heydər Əliyevin qətiyyəti
hesabına ölkədə
neft-qazçıxarma sahəsi
özəlləşdirilmədi, dövlətin inhisarında
saxlanıldı ki, onun da üstünlükləri həmin
addımı atmış
bir çox ölkələrin analoji sahələri ilə müqayisədə göz
qabağındadır.
Bu gün Azərbaycanda neft pullarından çox səmərəli
istifadə edilir. Ətrafımızda baş
verən yeniliklərə
nəzər yetirmək
kifayətdir ki, buna əmin olasan. Ölkənin yol infrastrukturu yenidən qurulur, illərdən bəri abadlıq görməyən
şəhər və
rayon mərkəzləri
sürətlə simalarını dəyişir,
istifadəyə verilən
yeni stansiyalar hesabına sutkanın bir neçə saatı ərzində elektrik enerjisi alan yaşayış məntəqələrində indi
işıq problemi yoxdur, hər yerə təbii qaz xətləri çəkilir, yerlərdə
müasir müəssisələr,
təhsil, səhiyyə
ocaqları, idman kompleksləri tikilir, kəndlinin torpağa qayıtması üçün
əməli tədbirlər
görülür, vaxtı
ilə ərzaqdan tutmuş sənaye mallarınacan xaricdən gətirilən Azərbaycanda
bu gün kompüter, məişət
texnikaları, hətta
avtomobil istehsal olunur, ölkəmizin hərbi sənaye kompleksi yaradılır, minlərlə qaçqın və məcburi köçkünlərə
evlər inşa edilir və sairə. Bütün bunlar ölkəyə neft vəsaitinin gəlməyə başladığı
son 5-6 ildə mümkün olmuşdur.
Həm çox maraqlı, həm də önəmli faktdır ki, Azərbaycanda neft hasilatının "pik"
vəziyyətdə olduğu
indiki vaxtda ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun çəkisi artır. Təkcə cari ilin 11 ayının nəticələrinə görə,
ÜDM istehsalı neft
sektorunda 2,6 faiz artdığı halda, bu göstərici qeyri-neft bölməsində
5,9 faiz olmuşdur. Göründüyü kimi,
fərq 2 dəfədən
də çoxdur. Yeri gəlmişkən bu yerdə bir
məqamı da nəzərə çatdırmaq
istərdik. Məlumdur ki, neft gəlirlərinin xeyli hissəsi ölkənin sosial infrastrukturunun (yolların çəkilişi
və yenidən qurulması, kommunikasiyaların
təzələnməsi, təzə
qaz, su xətlərinin
çəkilməsi, yol
ötürücülərinin, körpülərin inşası
və s.) müasirləşdirilməsinə sərf edilir ki, bunlar da böyük maliyyə tutumlu olsa da, əvəzində
dividend verməyən
sahələrdir. Amma dividend vermədiyi üçün həmin sahələrə vəsait
yönəldilməsinmi, yaxud
kənd və şəhərlərimizi işıqsız,
qazsız, susuz vəziyyətdəmi qoymaq
lazımdır? Təbii
ki, yox! Deməli, sosial infrastruktura yatırılan
investisiyanın dividendi
əhalinin rahatlığı,
normal məişət
şəraitinə malik
olmasıdır. Bu həm də neft gəlirlərinin insan kapitalına çevrilməsinin sadə
formuludur.
Vaxtı ilə bütünlükdə xarici
sərmayələrdən asılı
olan Azərbaycan bu gün özü
xarici ölkələrə
investisiya qoyur. Gürcüstanı demirik,
Qazaxıstan, Rusiya kimi imkanlı ölkələrdə dövlət
layihələrini reallaşdıran,
müxtəlif sahələrə
sərmayə yatıran
Azərbaycan şirkətlərinin
sayı az deyil. İndi bizim iri, transmilli
şirkətlərimiz var.
Aralarında imkanlı
özəl qurumlar da mövcuddur, hətta deyərdik ki, belələri sayına görə dövlət şirkətlərindən
çoxdur. Təkcə
bu faktın özü ölkədə
sahibkarlığın inkişafı
üçün yaradılan
əlverişli şəraitdən,
özəl sektora dövlət səviyyəsində
göstərilən qayğıdan
xəbər verir. Bu həm də
neft-qaz bölməsinin
inkişafı, neftdən
asılı olmayan möhkəm təməlli,
müxtəlif sahələrdən
ibarət iri bir sektorun formalaşmasıdır.
Təsadüfi deyil ki, Dövlət Statistika Komitəsinin məlumatına
görə, cari ilin 11 ayı ərzində bütün
maliyyə mənbələrindən
əsas kapitala yönəldilən vəsaitin
76 faizdən çoxu
daxili investisiyalardır.
Ümumilikdə 7,7 milyard
manat təşkil etmiş həmin vəsaitin yarıdan çoxu - 50,8 faizi məhsul istehsal edən obyektlərin inşasına sərf olunub. Təbii ki, söhbət qeyri-neft sektoruna aid obyektlərdən gedir.
Ölkədə belə obyektlərsə
həm kəmiyyət,
həm də təyinat sarıdan kifayət qədərdir. İndi qeyri-neft sənaye müəssisələrimizdə
nələr istehsal edilmir - qida və kimya, tikinti, mebel və kağız məhsulları, metallurgiya
və elektrik avadanlıqları, maşın
və mexanizmlər, lift və pianolar.
Yalnız bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 465 "Lifan"
minik avtomobili, 617
"MAZ" yük maşını,
650 "Belorus" traktoru
yığılıb. 10-15 il əvvəl - yer şumlamağa köhnə bir traktor tapılmadığı,
xaricdən gətirilən
işlənmiş avtomobillərə
həsəd aparıldığı,
sovetdən qalmış
sınıq-sökük
yük maşınlarının
belə çatışmadığı
bir vaxtda kimin ağlına gələrdi ki, az müddət sonra onları özümüz istehsal edəcəyik. Naxçıvan
Avtomobil Zavodunda yığılan avtomobillərə
Özbəkistanda maraq
göstərirlər, yerli
"MAZ" və "Belorus"
da alıcı sarıdan korluq çəkmir. Bunlardan əlavə, cari ilin hesabat dövründə
Azərbaycanda 103,7 milyon
manatlıq kompüter,
elektron və optik məhsullar, elektrik avadanlıqları istehsal edilib. Təkcə elektrik avadanlıqları istehsalında
83,2 faiz artım qeydə alınıb. Digər məhsullar istehsalı üzrə də artım faizi az olmayıb.
Onu da qeyd
edək ki, ümumilikdə istehsal olunmuş sənaye məhsullarının 81,6 faizi
özəl bölmənin
payına düşür.
Sənayedə çalışanların
orta aylıq əməkhaqqı da ölkə üzrə analoji göstəricidən
yüksəkdir. Cari ilin
10 ayının statistikasına
görə, sənaye
işçilərinin orta
aylıq əməkhaqqı
457,5 manatdır ki, bu da keçən
ilin müvafiq dövründəkindən 9 faiz
çoxdur. Əsasən
qeyri-neft sektoruna aid özəl sənaye müəssisələrində
çalışanların orta aylıq əməkhaqları
isə daha yüksəkdir - 584 manat.
Göründüyü kimi,
dövlətin iqtisadi
siyasətinin prioritet istiqamətlərindən olan
qeyri-neft sektorunun inkişafı üçün
həyata keçirilən
tədbirlər real nəticələr verir. Bu isə ölkənin
neft və qaz amilindən asılılığını azaltmaqla bərabər, digər vacib istehsal və xidmət sahələrinin
inkişafı üçün
stimul yaradır.
Azərbaycan.- 2010.- 19 dekabr.- S. 1.