Uğurlu xarici siyasət
modeli
Son yeddi ildə ölkə rəhbərliyi
tərəfindən aparılan
xarici siyasət Dağlıq Qarabağ münaqişəsinin həllində
rəsmi Bakının
psixoloji-siyasi üstünlüyünü
təmin etmişdir
"Azərbaycanın coğrafi
mövqeyi özü onun xarici siyasətini
müəyyən edir"
- deyən dövlət
başçısı İlham
Əliyev ölkəmizin
mürəkkəb geosiyasi
məkanda yerləşməsinin
fərqindədir və
özünün xarici
siyasət doktrinasında
bölgənin özəlliklərini
nəzərə alır. Qərblə və Şərqin qovuşduğu coğrafi məkanda yerləşən
Azərbaycan bir çox sivilizasiyaların
müsbət məqamlarını
özündə cəmləşdirir.
Avropanın mütərəqqi dəyərlərini paylaşan
və Avratlantik təhlükəsizlik arxitekturasının
ayrılmaz bir halqası olan respublikamız bu məkanın təhlükəsizliyinə
öz töhfəsini
verməkdədir.
Azərbaycan Respublikasının
yerləşdiyi region
dostluq və əməkdaşlıq ruhlu
beynəlxalq tərəfdaşlarla
birlikdə inkişaf üçün səmərəli
istifadə oluna biləcək geniş potensial və imkanları özündə
birləşdirir. Zəngin
təbii ehtiyatları
ölkəmizin çiçəklənməsi
və əhalinin rifahının təmin olunması üçün
perspektivlər açır,
onu beynəlxalq əhəmiyyətli enerji
mənbəyi və enerji təchizatı şəbəkəsinin mühüm
tərkib hissəsinə
çevirir. Azərbaycan Respublikasının və tərəfdaş ölkələrin iqtisadiyyatlarının
inkişafına töhfə
verən beynəlxalq əhəmiyyətli nəqliyyat
və kommunikasiya dəhlizlərinin inkişaf
etdirilməsi, neft və qaz boru
kəmərlərinin inşası
region ölkələrinin
əməkdaşlığının bariz nümunəsidir.
Bütün bunlarla yanaşı, ölkənin
yerləşdiyi coğrafi
şərait ona mühüm üstünlüklər
verməklə bərabər,
eyni zamanda, onu bir sıra
təhlükəsizlik problemləri
ilə də üzləşdirir. Bu problemlərin
ən ağır və bariz nümunəsi
Azərbaycan Respublikasının
qonşu Ermənistan tərəfindən hərbi
təcavüzə məruz
qalması və bunun nəticəsində ölkə ərazisinin bir hissəsinin işğal olunması, təxminən bir milyon azərbaycanlının
məcburi köçkün
və qaçqına çevrilməsidir.
Təcavüz zamanı
ermənilər tərəfindən
Azərbaycan Respublikasının
vətəndaşlarına qarşı soyqırımı
və terror aktları daxil olmaqla, sülhə
və insanlığa
qarşı ən ağır cinayətlər
törədilmişdir və
zəbt olunmuş ərazilərdə transsərhəd
mütəşəkkil cinayətkarlar,
o cümlədən beynəlxalq terrorçu qruplar tərəfindən
qeyri-qanuni fəaliyyət
həyata keçirilməkdədir.
Azərbaycanın işğal
olunmuş ərazilərində
mədəni və arxeoloji abidələr kütləvi surətdə
dağıdılmış, təbii sərvətlər
talan edilmiş, ətraf mühitə ciddi ziyan vurulmuşdur.
Demokratik dəyərlərə, iqtisadiyyatın
liberallaşdırılması xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi yerləşməsindən,
tranzit-kommunikasiya imkanlarından,
fövqəlgüc dövlətlərinin
strateji maraq dairəsində olmasından
maksimum səmərəli
bəhrələnməklə, konkret zaman, məkan və şərait çərçivəsində xarici
siyasət hədəflərini
müəyyənləşdirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında ədalətli
həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı
beynəlxalq təşkilatlarla
ikitərəfli və
çoxtərəfli əməkdaşlıq
münasibətlərinin dərinləşdirilməsi,
respublikamızda həyata
keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv
rəyin formalaşdırılması,
sivil, ədalətli qaydalar əsasında enerji resurslarının ixracı və diversifikasiyası prosesinin
gerçəkləşdirilməsi dövlət başçısı
İlham Əliyevin xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər
olmuşdur. Məhz
bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir.
Son illərdə dövlət
rəhbərinin apardığı
danışıqlar, nümayiş
etdirdiyi mövqe, verdiyi bəyanatlar nəinki təbliğati prizmadan olduqca effektiv olmuş, eyni zamanda, Dağlıq
Qarabağ münaqişəsinin
həll edilməsi ilə bağlı olaraq aparılan danışıqlarda rəsmi
Bakının psixoloji-siyasi
üstünlüyünü də təmin etmişdir.
Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi,
Azərbaycanın qlobal
layihələrin həyata
keçirilməsində əsas
tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı
qüvvəyə çevrilməsi
bu münaqişənin
həlli ilə bağlı danışıqlarda
rəsmi Bakının mövqelərinin
güclənməsi ilə
müşayiət olunur.
Azərbaycanın iqtisadi
potensialının güclənməsi,
hərbi büdcəsinin
ildən-ilə artması
fonunda danışıqlar
prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm
qoyur. Avropa Şurası, Avropa Birliyi, ATƏT, İKT kimi
nüfuzlu beynəlxalq
təşkilatlar, o cümlədən Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı 4 qətnamə qəbul etmiş BMT problemin həllində ərazi toxunulmazlığı prinsipini
önə çəkmişdir.
Son illər danışıqlar prosesi
yeniləşmiş Madrid
prinsipləri əsasında
aparılır. Lakin hər dəfə Ermənistan rəhbərliyinin
qeyri-konstruktiv mövqe
nümayiş etdirməsi
münaqişənin sülh
yolu ilə həllinə ciddi maneə törədir.
Bu yaxınlarda Qazaxıstanın
paytaxtı Astanada
ATƏT-in VII sammiti keçirildi. Sammitdə ümumilikdə
56 üzv və 12 tərəfdaş ölkənin
dövlət və hökumət başçıları,
nümayəndə heyətləri,
həmçinin beynəlxalq
təşkilatların nümayəndələri
iştirak etmişdilər.
Sammitdə Prezident İlham Əliyev çıxış edərək
Azərbaycanın Dağlıq
Qarabağ münaqişəsinin
həlli ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırmışdır: "Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. O, Azərbaycanın
beynəlxalq səviyyədə
tanınmış hissəsidir.
Bu gün Ermənistan
işğal edilmiş
ərazilər üzərində
nəzarəti saxlamaq
və məcburi köçkünlərin öz
evlərinə qayıdışına
mane olmaq məqsədilə
gücdən istifadə
edir. Buna baxmayaraq, Azərbaycan hər zaman sülh danışıqlarına
sadiq qalmış, qalır və yenə də ümid edir ki, onlar nəticə
gətirəcəkdir. Münaqişənin həlli
yalnız beynəlxalq
hüququn norma və prinsiplərinə hörmətlə yanaşma,
BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa
Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin
həyata keçirilməsinə
əsaslanmalıdır. Lakin
Ermənistan münaqişənin
mümkün qədər
tezliklə uzunmüddətli
həllinə nail olmaq
məqsədilə vicdanla
danışıqlar aparmaq
əvəzinə, gözlənilməz
nəticələri ola biləcək münaqişənin eskalasiyasına
üstünlük verir.
Ermənistan daimi olaraq atəşkəs rejimini pozur, işğal olunmuş ərazilərdə
hərbi təlimlər
keçirir, işğal
edilmiş şəhər
və kəndlərimizin
tarixi adlarını dəyişməyə cəhd
göstərir. Ermənistan qeyri-qanuni
olaraq mülki şəxsləri işğal
edilmiş ərazilərə
yerləşdirir, vəziyyəti
dönməz və sülh prosesini mənasız etməyə
çalışır".
Portuqaliyanın paytaxtı Lissabon şəhərində NATO-nun zirvə
toplantısı və
bu çərçivədə
Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələrinə
töhfə verən dövlət və hökumət başçılarınn
iclasının nəticələri
də Ermənistan üçün ağır
olmuşdur. Belə ki, dünyanın
çox nüfuzlu hərbi-siyasi təşkilatı
olan NATO ölkəmizin
ərazi bütövlüyünü
birmənalı şəkildə
dəstəkləmişdir. Xatırladaq ki, NATO əvvəllər də qəbul etdiyi sənədlərdə
eyni mövqe nümayiş etdirmişdi.
Ermənistan tərəfi bir
müddət əvvəl
Strasburq-Kehl sammitində
təşkilata üzv
ölkələrin Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləməməsi üçün uğursuz
cəhdlər etmişdi.
Cari ilin mayında Ermənistan prezidenti Serj Sarkisyan Brüsseldə - NATO-nun qərargahında
olarkən bu məsələ gündəmə
gətirilmişdir. Ermənistan prezidenti
təşkilatın baş
katibi Anders Foq Rasmussenlə birgə keçirdiyi mətbuat konfransında NATO-nun Azərbaycanın
ərazi bütövlüyünə
dəstək verməməsini
istəmişdi. İşğalçı Ermənistan tərəfinin
bütün cəhdlərinin
əbəs olduğu
NATO-nun son zirvə toplantısında
bir daha təsdiqləndi. Təşkilatın yekun Bəyannaməsində
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyi növbəti
dəfə dəstəkləndi.
Bəyanatda ərazi
bütövlüyü məsələsi
ilə bağlı qeyd olunur ki,
Şimal Alyansı Gürcüstan, Azərbaycan
və Moldovanın ərazi bütövlüyünü,
müstəqilliyini və
suverenliklərini bir daha tanıdığını
vurğulayaraq hər bir münaqişənin prinsipini nəzərə almaqla bu regional münaqişələrin sülh
yolu ilə həlli istiqamətində
səyləri dəstəkləyəcəyini
bəyan edir. Bu bəyanatda Azərbaycanın
da ərazi bütövlüyü tanındığı
üçün Ermənistan,
ümumiyyətlə, sənədin
belə bir şəkildə tərtib
edilməsini istəməyib.
Lakin bəyanatın mətni əvvəlcədən üzv
ölkələrlə razılaşdırılıb
və Ermənistanın
bu istəyi nəzərə alınmayıb.
NATO-nun zirvə toplantısında qəbul
olunan yekun bəyanatda Azərbaycanın
ərazi bütövlüyünün,
suverenliyinin bir daha ifadə olunması haqq işimizin nüfuzlu beynəlxalq qurumlar tərəfindən müdafiə
edildiyini növbəti
dəfə sübuta yetirdi.
E.HACIALIYEV,
Azərbaycan.- 2010.- 19 dekabr.- S. 1.