Rəsmi Qahirə Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi maraq göstərir

 

Misir Ərəb Respublikasının (MƏR) neft naziri Samih Fehminin dəvəti ilə sənaye energetika naziri Natiq Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyəti dekabrın 14-dən 17-dək İsgəndəriyyə Qahirə şəhərlərində səfərdə olmuşdur. Nümayəndə heyətinə Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik S.Qarayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmiləri daxildir.

Azərbaycanın MƏR-dəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində nazir Natiq Əliyev ölkənin Baş naziri Əhməd Mahmud Mühəmməd Nazif, neft naziri Samih Fehmi ilə görüşmüş, İsgəndəriyyə şəhərində yerləşən "MİDOR-Middle East Oil Refinery", "SUMED-Arab Petrolium Co", "Enppi-Engineering for the petroleum and Process İndustries" "Petrojet" neft -qazın qəbulu, emalı nəqli ilə məşğul olan neft-kimya məhsullarını istehsal edən şirkətlərin texniki imkanları ilə yaxından tanış olmuş, bu şirkətlər barədə təqdimatları dinləmişdir.

Baş nazir Əhməd Mahmud Mühəmməd Nazif ilə görüşdə xalqlarımız arasında tarixi dostluq əlaqələrini diqqətə çatdıran Natiq Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Qahirəyə səfər etdiyini xatırlatmış, bu səfərin Azərbaycan ilə Misir arasında daim dərinləşən dostluq münasibətlərinin formalaşmasında xüsusi rol oynadığını nəzərə çatdırmışdır. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin mayında Misirə rəsmi səfərini ölkə Prezidenti Hüsni Mübarək ilə görüşünü qeyd edərək, prezidentlərin ikitərəfli əlaqələrin daha da yaxınlaşmasına yeni əməkdaşlıq sahələrinin inkişafına mühüm əhəmiyyət verdiklərini bildirmişdir. Natiq Əliyev yanacaq energetika sahəsi daxil olmaqla, ikitərəfli əməkdaşlığın daha da inkişafı ticarət dövriyyəsinin artırılması üçün əlverişli imkanların olduğunu nəzərə çatdırmışdır.

Baş nazir ölkəsinin Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini qeyd etmişdir. O, hər iki ölkə rəhbərliyinin nümayiş etdirdiyi yüksək siyasi iradə əsasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bütün imkanların mövcudluğunu bildirərək, bu istiqamətdə neft qazın ixracı emalı sənayesinin xüsusi rolunu vurğulamışdır.

Natiq Əliyev Misirin Baş nazirinə Azərbaycanın son dövrlərdə əldə etdiyi iqtisadi nailiyyətlər, ölkə iqtisadiyyatının inkişaf dinamikası aparılan iqtisadi islahatlar haqqında ətraflı məlumat vermişdir.

Misirin neft naziri S.Fehmi bu ilin iyun ayında Azərbaycana səfərini keçirdiyi görüşləri xatırladaraq, Azərbaycan ilə Misir arasında neftin satışı emalı sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini söyləmiş qarşılıqlı maraq doğuran bir sıra layihələr üzrə müzakirələrin aparıldığını bildirmişdir.

Nazir Natiq Əliyev Misirin neft-qaz emalı infrastrukturu ilə yaxından tanış olduğunu qeyd edərək, neft-qazın emalını nəqlini həyata keçirən müəssisələrin texniki imkanlarının onda yüksək təəssüratlar doğurduğunu nəzərə çatdırmışdır. N.Əliyev Misirin Aralıq dənizi sahilində yerləşən "MİDOR-Middle East Oil Refinery" neftayırma zavodunda ARDNŞ-in alt-strukturu olan "SOCAR Trading" şirkətinin neftinin artıq emal olunduğunu qeyd etmişdir. O, Misirin Aralıq Qırmızı dəniz sahillərindəki dəniz limanı infrastrukturundan istifadə edərək, daha böyük həcmdə Azərbaycan neftinin iqtisadi baxımdan daha səmərəli yolla Cənub-şərqi Asiya bazarına çıxarılması imkanlarının olduğunu diqqətə çatdırmışdır.

Eyni zamanda, N.Əliyev aparılan müzakirələrin davam etdirilməsi üçün nazir S.Fehmini yaxın vaxtlarda Azərbaycana səfərə dəvət etmişdir.

Səfərin sonunda Natiq Əliyev Samih Fehminin iştirakı ilə Azərbaycan Dövlət Neft Akademiyası MƏR-in Neft Nazirliyinin tərkibində fəaliyyət göstərən "OGS-Egyptian Oil and Gas Skills Company" şirkəti arasında kadrların hazırlanması, təcrübə tədris proqramlarının mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

Səfərin yekunlarına dair Azərbaycanın sənaye energetika naziri N.Əliyev MƏR-in neft naziri S.Fehmi ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirmişlər.

Səfər yerli KİV-lərdə ətraflı işıqlandırılmışdır.

 

Azərbaycan.- 2010.- 19 dekabr.- S. 2.