Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilmişdir

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilmişdir.

AzərTAc xəbər verir ki, Fondun təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstan İş Adamları Birliyinin təşkilatçılığı ilə 1 nömrəli uşaq evində keçirilən tədbirdə müxtəlif millətlərin nümayəndələri öz bacarıqlarını nümayiş etdirmişlər.

Uşaq evinin direktoru Leyla Merabaşvili xeyriyyəçilik məqsədilə məktəbə gələn qonaqlara Heydər Əliyev Fonduna, səfirliyin əməkdaşlarına minnətdarlığını bildirərək demişdir: "Bu uşaqların hər zaman diqqətə qayğıya ehtiyacı vardır. Biz Heydər Əliyev Fonduna göstərdiyi diqqətə hədiyyələrə görə təşəkkür edirik".

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə bildirmişdir ki, əsas məqsəd belə bir həssas kateqoriyaya aid olan uşaqlara qayğı göstərməkdir. Eyni zamanda, bu uşaqlarda Azərbaycan, onun mədəniyyəti, tarixi haqqında bilikləri daha da artırmaqdır ki, onlar böyüyəndə iki ölkənin dostluğunun möhkəmlənməsinə töhfələrini versinlər.

Uşaqlara gürcü dilində ensiklopediya, dərsliklər bayram hədiyyələri verilmişdir.

Sonda Tbilisidə fəaliyyət göstərən "Ceyran" rəqs ansamblının üzvləri gürcü Azərbaycan rəqslərini ifa etmişlər.

 

Azərbaycan.- 2010.- 19 dekabr.- S. 2.