Heydər Əliyev adına Bakı neft emalı zavodunda katalitik-riforminq qurğusunun işə salınmasının 30 illiyi
qeyd olunmuşdur
Dekabrın 18-də Heydər
Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) yüksək oktanlı benzin komponenti istehsal edən katalitik-riforminq qurğusunun
işə salınmasının
30 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin (ARDNŞ) əməkdaşları,
veteran neftçilər
iştirak etmişlər.
Əvvəlcə tədbirin
iştirakçıları Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin müəssisənin həyətindəki
büstü önünə
əklil qoymuş, tər çiçəklər
düzmüşlər.
Sonra onlar katalitik-riforminq,
eləcə də digər qurğularla yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, katalitik-riforminq qurğusu ABŞ-ın "UOP" şirkətinin
texnologiyası əsasında
inşa edilmişdir. Qurğunun layihəsi Fransanın "Litvin"
şirkəti tərəfindən
hazırlanmışdır.
Tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra respublikamızın neft sənayesində, eləcə də zavodun iqtisadi potensialının yüksəlməsində
böyük rolu olan katalitik-riforminq qurğusunun tarixi ilə bağlı film nümayiş olunmuşdur.
Zavodun direktoru Elman İsmayılov məlumat vermişdir ki, katalitik-riforminq qurğusunun
yaradılmasında ulu
öndər Heydər
Əliyevin xüsusi səyi olmuşdur. Ötən əsrin
70-80-ci illərində məhz
ulu öndərimizin təşəbbüsü ilə
müəssisəmizdə istehsalın
əsaslı surətdə
təkmilləşdirilməsi istiqamətində yeni texnoloji qurğuların inşası
həyata keçirilmişdir.
1980-ci ildə istifadəyə
verilən katalitik-riforminq
qurğusu keçmiş
sovetlər məkanında
ilk dəfə məhz Azərbaycanda tikilmişdir. Dekabr ayının 14-də işə
salınan qurğudan iki gün sonra
ilk məhsul alınmışdır. Qurğunun
işə salınması
nəinki respublikamızda,
o cümlədən keçmiş sovetlər ittifaqının neft sənayesində əlamətdar
hadisə kimi qiymətləndirilmişdir. Katalitik-riforminq
qurğusundan əlavə,
neftin ilkin emalı üzrə
ELOU-AVT-6, tədrici kokslaşma,
katalitik-krekinq qurğuları
da istifadəyə verilmişdir. Bu qurğular neft emalı prosesində beynəlxalq standartlara cavab verən çeşidli məhsulların
istehsalına imkan yaratmışdır. Məhz
buna görə müstəqil Azərbaycan
Respublikası bütün
dünyada aparıcı
neft ölkələrindən
biri kimi tanınır və bu sahənin inkişafına önəmli
töhfələrini verir.
Sonra ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə,
şirkətin emal üzrə vitse-prezidenti David Məmmədov, ötən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi
altında neft-kimya sənayesi naziri işləmiş Kamil Akimov və digərləri BNEZ-də həyata keçirilən
layihələrin ölkə
iqtisadiyyatı üçün
mühüm əhəmiyyətini diqqətə
çatdırmış, ulu
öndər Heydər
Əliyevin neft sənayesinə böyük
qayğısı sayəsində
neft emalı zavodlarında quraşdırılmış
qurğuların respublikamızın
inkişafına töhfələrini
diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən və düşünülmüş siyasəti, həmçinin
keçən əsrin
70-80-ci illərində ölkənin
neft sənayesində atılmış mühüm
addımlar Azərbaycanın
bu günü üçün düşünülmüşdür.
Sonda zavodun bir
qrup işçisinə
əldə olunmuş
yüksək istehsalat
göstəricilərinə və qurğunun 30 illiyi ilə əlaqədar ARDNŞ-in fəxri fərmanları təqdim edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 19 dekabr.- S. 2.