Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin Mərkəzi Şurasının iclası keçirilmişdir

 

Moskvanın "Bakı" kinokonsert kompleksində Ümumrusiya Azərbaycanlıları Konqresinin Mərkəzi Şurasının ilin yekunlarına həsr olunmuş illik iclası keçirilmişdir.

ÜAK-ın prezidenti, akademik Məmməd Əliyev Azərbaycan diasporunun nümayəndələrini salamlayaraq təşkilatın fəaliyyətinin əsas yekunları növbəti il üçün qarşıda duran vəzifələrdən danışmışdır.

ÜAK-ın icraçı direktoru Eldar Quliyev görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə deyilir ki, fəaliyyət göstərdiyi doqquz il ərzində ÜAK real qüvvəyə malik ən böyük nüfuzlu ictimai təşkilata çevrilmişdir. O, ölkənin ictimai həyatında fəal iştirak edir, dövlət qurumları ictimai təşkilatlarla yaxşı əlaqələr qurmuş, həmvətənlərimizin milli özgürlüyünü, dilini, mədəniyyətini ənənələrini qoruyub saxlamasına kömək edir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ÜAK-ın yaradılmasında Rusiyada yaşayan soydaşlarımız üçün ümumi evə çevrilməsində rolunu xüsusi vurğulamışdır.

ÜAK-ın icraçı direktorunun müavini İlqar Hacıyev təşkilatın regional bölmələrinin fəaliyyəti təhsil sahəsində görülən işlər barədə məruzə etmişdir. O, Rusiya Federasiyasının, demək olar ki, bütün subyektlərini əhatə edən regional təşkilatların uğurlarından söz açmışdır. Bildirilmişdir ki, ölkənin bütün regionlarında diasporumuz ictimai həyatda fəal iştirak edir. İ.Hacıyev ÜAK-ın təhsil sahəsində fəaliyyətindən danışaraq bildirmişdir ki, Azərbaycan vətəndaşlarının Rusiya ali məktəblərində təhsil alması proqramı uğurla həyata keçirilir. Hazırda Rusiyada ÜAK-ın xətti ilə 194 tələbə təhsil alır onların sayı ilbəil artır.

ÜAK-ın nümayəndələri təşkilatın mətbu orqanı olan "Azərbaycan konqresi" qəzetinin fəaliyyətindən danışmış nəşri daha kütləvi etməyin, abunəçilərin sayının artırılmasının zəruriliyindən danışmışlar.

İclasda millətlərarası münasibətlərlə bağlı vəziyyətlə əlaqədar Rusiya rəhbərliyinə müraciətin layihəsi oxunmuşdur. Müraciətdə son vaxtlar Rusiyada müşahidə olunan etnik qarşıdurmadan narahatlıq ifadə olunur.

Sonra Konqresin regional bölmələrinin başçıları İslam Hüseynov (Ulyanovsk vilayəti), Ədalət Hüseynov (Həştərxan vilayəti), Seyran Rəhimov (Dağıstan), Əlirza Salayev (İrkutsk vilayəti) çıxış etmişlər. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı adından MDBMİ-nin aspirantı Natiq Əliyev çıxış etmişdir. Çıxışlarda diaspor təşkilatlarının uğurlarından qarşıda duran problemlərdən, Rusiyanın Azərbaycan icmasının inkişafı yollarından danışılmışdır. Görüş iştirakçılarının təklif tövsiyələri dinlənilmişdir. ÜAK-ın vitse-prezidenti Tofiq Məlikli Hamilik şurasının, habelə diaspor üçün əhəmiyyətli məsələlərdə vahid mövqeyin formalaşdırılması üçün Əlaqələndirmə komitəsinin yaradılmasını təklif etmişdir. Hamilik Şurasına təşkilata maliyyə yardımı edə biləcək məşhur azərbaycanlılar daxil ediləcəkdir.

Çıxışlardan sonra Məmməd Əliyev görüşə yekun vurmuş, təşkilatın fəaliyyətini bütövlükdə müsbət qiymətləndirmişdir. O demişdir ki, qarşıdakı dövr ÜAK-ın təxminən 2011-ci ilin yazında keçiriləcək üçüncü qurultayına hazırlığa həsr ediləcəkdir. O xatırlatmışdır ki, təşkilatın birinci qurultayında ümummilli lider Heydər Əliyev, ikinci qurultayda isə prezidentlər İlham Əliyev Dmitri Medvedev iştirak etmişlər. Bu səbəbdən üçüncü qurultayın hansı miqyasda keçiriləcəyini müəyyən etmək lazımdır.

İclasın rəsmi hissəsi Konqresin fəal üzvlərinə xatirə mükafatlarının təqdim edilməsi ilə başa çatmışdır. Məmməd Əliyev ÜAK adından təşkilatın vitse-prezidenti Araz Ağalarova 55 illik yubileyi ilə əlaqədar Ümumrusiya Azərbaycanlıları Konqresinin yubiley medalını təqdim etmişdir.

Sonra Məmməd Əliyev ÜAK-ın regional bölmələrinin fərqlənən rəhbərlərinə xatirə medalları təqdim etmişdir. Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov, Həştərxan vilayəti bölməsinin sədri Ədalət Hüseynov "Diaspor qarşısında xüsusi xidmətlərinə görə" medalına layiq görülmüşlər. Sərdar Abdullayev (Tver vilayəti), Sərraf Məmmədov (İvanovo vilayəti), Mərdan Novruzov (Vladivostok), Əlirza Salayev (İrkutsk vilayəti) Azərbaycan diasporunun digər fəallarına da medallar təqdim olunmuşdur.

İclasda Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan gənclərinin nümayəndələri iştirak etmişlər.

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva 

 

Azərbaycan.- 2010.-19 dekabr.- S. 2.