Bakıda aseptika və dezinfeksiya problemlərinə dair beynəlxalq seminar keçirilmişdir
Dekabrın 18-də Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda aseptika və dezinfeksiya problemlərinə
dair beynəlxalq seminar keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə
yerli həkimlərlə
yanaşı, Türkiyədən
və İtaliyadan mütəxəssislər də
iştirak etmişlər.
Cərrahiyyə sahəsində
çalışan həkimlər
və tibb işçilərinin cəlb
olunduqları tədbirdə
Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsinin müdiri
Aynurə İsayeva çıxış edərək
tədbirin əhəmiyyətindən
danışmışdır. Bildirilmişdir ki, xəstəxanalarda hər
növ xəstəlik,
o cümlədən infeksion xəstəliklər
müalicə olunur. Bəzi hallarda xəstəxanaların
özü də infeksiya mənbəyinə
çevrilir. Şöbə
müdiri vurğulamışdır
ki, seminar iştirakçıları xəstəxana
infeksiyaları ilə
mübarizədə dünyada
tətbiq olunan yeniliklərlə bağlı
məlumatlar əldə
edəcək, xarici mütəxəssislər öz
təcrübələrini
onlarla bölüşəcəklər.
Seminarda "Dezinfektant və dezinfeksiya nədir? Dezinfektantın seçimi və dezinfektantın istifadəsi
haqqında praktik məlumatlar nələrdir?
Dezinfektant necə seçilməlidir?"
mövzusunda məruzə
ilə çıxış
edən professor Fikriyə
Kəskin bildirmişdir
ki, xəstəxana və klinika infeksiyaları yalnız inkişaf etməkdə olan deyil, həm
də inkişaf etmiş ölkələrin
ən böyük problemi olmaqda davam edir. Əvvəllər sadəcə, hər
hansı bir ölkə və ya bölgələrə xas olan xəstəliklər,
indi bütün dünyaya rahatlıqla yayıla bilir. İnfeksiyalarla mübarizə
asan iş deyil. Bunun üçün həkimlərin və digər tibb işçilərinin düzgün
dezinfeksiya üsullarını
bilmələri çox
vacibdir. Dezinfeksiyanın əsas məqsədi infeksiyanı yayan əsas obyektləri zərərsizləşdirməkdir. Dezinfeksiyanın bioloji, fiziki
və mexaniki üsulları vardır.
Xəstəxana daxilində infeksiyaların
sürətlə yayılmasının
qarşısının alınması
üçün tibb işçilərinin hər
xəstə ilə təmasdan əvvəl və sonra əllərini
dezinfeksiya etmələri
çox vacibdir. Sterilizasiya və
dezinfeksiya haqqında nəinki hər bir həkim, hətta hər bir şəxs bilməlidir.
Seminarda türkiyəli mütəxəssis
Oğuz Karabayın
"Əl gigiyenası
və əl dezinfeksiyası, dəri və selikli qişa antiseptikasının
əhəmiyyəti nədir"
mövzusunda məruzəsi
dinlənilmişdir. Natiq qeyd etmişdir ki, əl
Əl
Tədbirdə vurğulanmışdır ki,
hər bir xəstəxanada müasir
sterilizasiya üsullarından
istifadə əsas şərtlərdəndir. Çünki köhnə növ sterilizatorlar QİÇS, hepatit
C kimi bir çox qorxulu infeksiyaları məhv etmək üçün yararsız sayılır.
Eyni zamanda, tədbirdə xəstəxanalarda, klinikalarda
tibbi tullantıların
düzgün idarə
olunması məsələləri
də müzakirə edilmişdir.
Seminarda
"İnfeksiyanın idarə edilməsi və
dezinfeksiyanın əhəmiyyəti, mövcud vəziyyət
və perspektivlər", "Tibbi tullantılar
nədir?" və digər mövzularda məruzələr
dinlənilmişdir.
Seminarın
sonunda iştirakçılara sertifikatlar təqdim
olunmuşdur.
Azərbaycan.- 2010.- 19 dekabr.- S. 3.