Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq
Şurasının iclası
keçirilmişdir
Brüsseldə Avropa İttifaqı (Aİ)-Azərbaycan
Əməkdaşlıq Şurasının
11-ci iclası keçirilmişdir.
Xarici İşlər Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, iclasda Azərbaycanı nazir müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi
nümayəndə heyəti
təmsil etmişdir.
Aİ nümayəndə heyətinə
isə Macarıstanın
Xarici İşlər
Nazirliyinin dövlət
katibi Jolt Nemet və Aİ-nin
genişləndirilməsi və
Avropa qonşuluq siyasəti üzrə komissar Ştefan Füle başçılıq
etmişlər.
İclasdan əvvəl J.Nemet, Ş.Füle və Cənubi Qafqaz ölkələrinin
nümayəndə heyətlərinin
başçılarının birgə işçi naharı olmuşdur.
Naharda Aİ ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin
cari vəziyyəti və inkişaf perspektivləri, "Şərq
tərəfdaşlığı" təşəbbüsü çərçivəsində
əməkdaşlıq, xüsusilə
də Aİ ilə assosiasiya sazişləri üzrə danışıqlar
prosesi, habelə regionda mövcud münaqişələrin nizamlanması ətrafında
fikir mübadiləsi aparılmışdır.
İclasın gündəliyində isə əsasən Aİ-Azərbaycan Fəaliyyət
Planının həyata
keçirilməsi, "Şərq
tərəfdaşlığı" təşəbbüsü, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması
prosesi, Aİ ilə ölkəmiz arasında enerji və nəqliyyat sahələri
üzrə əməkdaşlıq
məsələləri öz
əksini tapmışdır.
Aİ-Azərbaycan münasibətlərinin
Fəaliyyət Planında
göstərildiyi kimi,
ölkələrin ərazi
bütövlüyünə və suverenliyinə hörmət əsasında
aparılmasının vacibliyi
vurğulanmışdır.
Ölkəmizdə demokratiya,
insan hüquqları və mətbuat azadlığının gücləndirilməsi
istiqamətində görülmüş
işlər və noyabrın 7-də Azərbaycan
Milli Məclisinə keçirilmiş seçkilər
də iclasda müzakirə olunmuşdur.
İclasda
Aİ ilə ölkəmiz
arasında enerji sahəsində əməkdaşlıq
məsələsi də
müzakirə olunmuş,
Avropanın enerji təhlükəsizliyi və
enerji daşıyıcılarının
şaxələndirilməsində Azərbaycanın mühüm
rolu vurğulanmışdır.
Azərbaycan.- 2010.- 9 dekabr.- S. 1.