Yaponiyanın milli bayramı şərəfinə
Dekabrın 8-də Yaponiyanın
Azərbaycandakı səfirliyi
Yaponiya imperatoru Akihitonun anadan olmasının 77-ci ildönümü
münasibətilə rəsmi
qəbul təşkil
etmişdir.
Səfir Şusuke Vatanabe bildirmişdir ki, ölkə konstitusiyasına görə
Yaponiya imperatoru yapon xalqının birlik rəmzidir və onun doğum
günü milli bayram kimi qeyd
olunur.
Diplomat vurğulamışdır
ki, ölkələrimiz
arasındakı münasibətlər
2006-cı ilin martında
Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərindən
sonra yeni keyfiyyət mərhələsinə
qədəm qoymuşdur.
Səfir Yaponiya və Azərbaycan arasında əlaqələrin
bundan sonra da uğurla inkişaf edəcəyinə
əminliyini ifadə etmişdir.
Təhsil naziri Misir Mərdanov əlamətdar gün münasibətilə yapon
xalqını Prezident
İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin
başçısının salamlarını və xoş arzularını çatdırmışdır. Nazir bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə və Prezident İlham Əliyevin
2006-cı ildə Yaponiyaya
səfərlərindən sonra
ölkələrimiz arasında
münasibətlər yüksələn
xətt üzrə inkişaf edir. Azərbaycan ilə Yaponiyanın müxtəlif
sahələrdə fəal
əməkdaşlıq etdiyini
vurğulayan nazir əmin olduğunu bildirmişdir ki, iki ölkə arasında münasibətlər
getdikcə daha da möhkəmlənəcək
və genişlənəcəkdir.
Qəbulda Azərbaycanın
dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı
səfirləri, paytaxt
ictimaiyyətinin nümayəndələri
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 9 dekabr.- S. 4.