Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən İsraildə meşə yanğınlarının söndürülməsində iştirak edən yanğınsöndürənlərimiz mükafatlandırılmışlar

 

Xəbər verdiyimiz kimi, bu yaxınlarda İsraildə insan tələfatı ilə nəticələnən irimiqyaslı meşə yanğınları baş vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) meşə yanğınları ilə əlaqədar bu ölkəyə 16 nəfərlik heyətlə iki helikopter göndərmişdir. Yanğınsöndürənlərimiz fəlakətin qarşısının alınmasında yüksək fəallıq peşəkarlıq nümayiş etdirmişlər.

Bununla bağlı dekabrın 6-da İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon yanğınların söndürülməsində ölkəsinə yardımçı olan digər dövlətlərlə yanaşı, Azərbaycana da təşəkkür etmişdir.

Dekabrın 7-də isə İsrail Prezidenti Şimon Peres meşə yanğınlarının söndürülməsində iştirak edən xarici dövlətlərin yanğınsöndürən heyətlərinin rəhbərlərinə sertifikat mükafatlar təqdim etmişdir. Baş nazir Binyamin Netanyahunun da iştirak etdiyi mükafatlandırma mərasimində Prezident Şimon Peres insanların həyatını xilas etmək üçün göstərdikləri qəhrəmanlığa görə İsrail dövləti xalqı adından yanğınsöndürənlərə təşəkkür etmiş, onların bu yardımını yüksək qiymətləndirmişdir.

Baş nazir Binyamin Netanyahu bildirmişdir ki, İsraildə baş vermiş meşə yanğınlarının söndürülməsi ilə əlaqədar xarici dövlətlərin bu yardımı regionda gələcək əməkdaşlıq üçün nümunə ola bilər. B.Netanyahu qeyd etmişdir ki, İsrail xalqı yanğınsöndürənlərin bu yardımını heç zaman unutmayacaqdır.

Həmin gün Qüdsdə, "Crowne Plaza" otelində İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon yanğınların söndürülməsində iştirak edən xarici ölkələrin mütəxəssisləri ilə görüşmüş onlara sertifikatlar təqdim etmişdir.

Mərasimdə çıxış edən D.Ayalon yanğınsöndürənlərə göstərdikləri cəsarətə görə öz xalqı adından təşəkkür etmişdir. Yanğınsöndürənlərin başqa dövlətin ərazisində insanların həyatını xilas etmək üçün göstərdikləri yardım yüksək qiymətləndirilmişdir.

Xatırladaq ki, Azərbaycan ilə yanaşı, Türkiyə, ABŞ, Rusiya, Fransa, İtaliya, Almaniya, Yunanıstan, İspaniya digər ölkələr yanğınsöndürənlərini müvafiq texniki vasitələrini İsrailə göndərmişlər.

AzərTAc

 

Azərbaycan.- 2010.- 9 dekabr.- S. 5.