Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının
üçüncü illik
seminarı keçirilir
Azərbaycan Diplomatik Akademiyasında (ADA) xaricdə
təhsil alan fəlsəfə doktorlarının
üçüncü illik
seminarı keçirilir.
ADA-dan AzərTAc-a bildirmişlər ki, seminarda xarici universitetlərdə sosial
elmlərin müxtəlif
sahələri üzrə
elmi tədqiqatla məşğul olan 23 azərbaycanlı fəlsəfə
doktoru və namizədi iştirak edir. Onlar dünyanın
14 aparıcı universitetində
təhsil alırlar.
Akademiyanın rektoru Hafiz Paşayev bildirmişdir ki, xaricdə təhsil alan azərbaycanlı fəlsəfə doktorlarının
ölkəyə qayıtması
həm elmin, həm də təhsil sisteminin inkişafına ciddi töhfələr verəcəkdir.
Seminarda iştirak edən təhsil naziri Misir Mərdanov
demişdir ki, Azərbaycanda elm və tədrisin dünya standartlarına çatdırılması ölkənin
prioritet vəzifələrindən
biridir.
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə qeyd etmişdir
ki, seminara qatılan doktorantlar müəyyən müddətdən
sonra təkcə tədrisə deyil, elmin inkişafına da yardımçı olacaqlar. Fond indidən bu gənclərlə əməkdaşlıq
qurmaqda maraqlıdır.
Azərbaycan.- 2010.- 21 dekabr.- S. 3.