Qafqaz Müsəlmanları İdarəsinin sədri Gürcüstana gəlmişdir

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 20-də Gürcüstana gəlmişdir.

Allahşükür Paşazadə əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Tbilisidəki büstü önünə gül-çiçək dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişdir.

Sonra nümayəndə heyəti Azərbaycanın ictimai-siyasi xadimlərinin Nəbatat bağındakı məzarlığına Tbilisidəki Cümə məscidinə baş çəkmişdir.

Həmin gün Azərbaycan nümayəndə heyəti Ümumgürcüstan Katalikos-Patriarxı II İlya ilə görüşmüşdür. Patriarx Allahşükür Paşazadəni yenidən Tbilisidə görməkdən məmnun olduğunu bildirmiş demişdir: "Gürcüstanda Qafqaz müsəlmanlarının müdrik dini liderini yaxşı tanıyırlar. Siz hələ sovetlər dövründə müxtəlif konfranslarda iştirak edib bir dini lider kimi hamını sülhə, əmin-amanlığa dəvət etmisiniz. Bu istiqamətdə uğurlu fəaliyyətinizi yenə davam etdirirsiniz. Təəssüf ki, indi zaman bizim əleyhimizə işləyir. Qafqaz qəribə bir durum yaşayır. Qafqazda müharibə yoxdur, sülh . Xalqlarımız eyni problemləri yaşayırlar. Azərbaycanın Qarabağ, Gürcüstanın isə Abxaziya, Cənubi Osetiya problemləri vardır. Hesab edirəm ki, bu problemlər sülh yolu ilə tənzimlənməlidir onların həlli nəinki Azərbaycan, Gürcüstan Ermənistan, eyni zamanda, digər dövlətlər üçün xüsusi əhəmiyyət kəsb etmiş olardı. Belə münaqişələrin qalması qlobal təhlükələrin yaranması üçün zəmin ola bilər. Bu cür görüşlər həmin istiqamətdə imkanları artırmağa xidmət göstərəcək, diplomatik səylərlə yanaşı, din xadimlərinin sülh naminə qüvvələri birləşdirməsi yaxşı nəticə verəcəkdir. Şadam ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən möhkəm əsası qoyulmuş Azərbaycan-Gürcüstan nümunəvi münasibətlərini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Prezidentlərimiz - Mixeil Saakaşvili İlham Əliyevin dostluq, qardaşlıq münasibətləri bunun daha da dərinləşdirilməsinə xidmət edir. Fürsətdən istifadə edərək mənim xoş arzularımı cənab İlham Əliyevə onun xanımına çatdırmağınızı rica edərdim. Əminəm ki, xalqlarımızın, dövlətlərimizin başçılarının, din adamlarının səyləri bölgəmizdəki münaqişələrin sülh yolu ilə tənzimlənməsi üçün uğurla nəticələnəcək Ümumqafqaz evimizdə əmin-amanlıq yaranacaqdır".

Allahşükür Paşazadə Katalikos-Patriarxı II İlya ilə görüşdən məmnunluğunu ifadə edərək demişdir: "Həmişə olduğu kimi, biz bu görüşdə bölgəmiz üçün vacib məsələlər barədə fikir mübadiləsi apardıq, ümumi problemləri gündəmə gətirdik, gələcək fəaliyyətimizin başlıca məqamlarına diqqət çəkdik. Bizim tarixi, mədəni əlaqələrimizin kökü çox dərindir biz bir ağlayıb, bir gülmüşük. Bu birlik bizi həmişə hadisələrdən qalib çıxarmışdır. Əminəm ki, bundan sonra da belə olacaqdır. Bu gün Qafqazın müdrik ağsaqqal nəsihətinə həmişəkindən daha çox ehtiyacı vardır. Sizin Bakıya səfərləriniz, ulu öndərimiz Heydər Əliyev, Prezidentimiz İlham Əliyev ilə münasibətləriniz minnətdarlıqla xatırlanır. 60 illik yubileyim günlərində səhhətinizlə bağlı problem olmasına baxmayaraq, Bakıya gəlişiniz mənim üçün böyük şərəf idi. İş elə gətirmişdir ki, problemlərimiz oxşardır. Azərbaycan ilə Gürcüstan dövlətləri bir-birilərinin ərazi bütövlüyünü tanıyır. Təəssüf ki, düşmən qüvvələr hər iki ölkəyə ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməyə maneçilik törədirlər. Qafqazda sülhün təminatı üçün çox görməliyik. Ərazi bütövlüyümüzün bərpası, müstəqilliyimizin qorunması üçün sağlam qüvvələrin səfərbərliyi yönündə belə görüşlərin səmərə verəcəyinə əminəm. Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. Belə bəyanatları Mixeil Saakaşvili səsləndirmişdir. Əminəm ki, prezidentlərimizin cəhdləri uğurla nəticələnəcəkdir".

Allahşükür Paşazadə II İlyanı Bakıya dəvət etmişdir. Azərbaycanın nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Fəttah Heydərov səfərdən məmnun qaldığını bildirmiş, belə görüşlərin bölgədə sabitliyin qorunub saxlanmasına xidmət edəcəyini vurğulamışdır.

F.Heydərov demişdir: "Səfər çərçivəsində aparılan danışıqlarda Qafqazda sülhün təminatı sahəsində dövlətlərarası münasibətlərlə yanaşı, din xadimlərinin fikir eyniliyinin şahidi olduq. Onların Qafqaz problemlərinə münasibətinin, mövcud ərazi münaqişələrinə baxışlarının üst-üstə düşdüyünü bir daha gördük. Onu da müşahidə etdik ki, hər kəs Azərbaycanın haqq işini dəstəkləyir, onun haqlı olduğunu söyləyir. Münaqişələrin sülh yolu ilə həlli, qaçqın məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün dövlət başçıları ilə yanaşı, din xadimlərinin səylərini birləşdirməsinin uğurlu nəticə verəcəyinə bizdə əminlik yaradır".

Görüşdə Ümumgürcüstan Katolikos-Patriarxı II İlya Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevə Gelati Akademiyasının fəxri üzvü diplomunu təqdim etmişdir.

Səfir Gürcüstanın dini liderindən belə bir diplomu almasından məmnun olduğunu bildirmiş xidmətinə verilən yüksək qiymətə görə təşəkkür etmişdir.

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2010.- 21 dekabr.- S. 3.