"Dağlıq
Qarabağ münaqişəsi
nəticəsində zərər
çəkən rayonların
diyarşünaslıq muzeylərinin
virtual pilot şəbəkəsinin yaradılması"
layihəsi həyata keçirilir
AzərTAc xəbər verir ki, "Söz azadlığı müdafiə fondun"da işğal altında olan rayonların tarix-diyarşünaslıq
muzeylərinin direktorları
ilə görüş
keçirilmişdir.
Fondun sədri, şair Musa Yaqub fondun
Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının maliyyə
dəstəyi ilə həyata keçirdiyi
"Dağlıq Qarabağ
münaqişəsi nəticəsində
zərər çəkən
rayonların diyarşünaslıq
muzeylərinin virtual pilot şəbəkəsinin
yaradılması" layihəsi
barədə tədbir
iştirakçılarına məlumat vermiş və layihə iştirakçılarının gördüyü işlərdən
danışmışdır.
Fondun icraçı direktoru Vüqar Tofiqli layihənin məqsədinin respublika üzrə virtual diyarşünaslıq muzeyləri
şəbəkəsini yaratmaq
olduğunu bildirmişdir.
Bildirilmişdir ki, yaradılan resurs vasitəsi ilə ilk olaraq Azərbaycanın
işğal altında
olan maddi-mədəni
irsi haqqında məlumatlar geniş ictimaiyyətə çatdırılacaqdır.
Layihə çərçivəsində
rayonların mədəniyyət
şöbələrinin müdirləri
və muzey direktorları ilə görüşlərdən sonra
300-dən artıq eksponatın
fotosurətləri fonda
təqdim olunmuşdur.
Əldə olan məlumatlar artıq fondun imkanları hesabına istifadəyə
verilmiş www.diyarshunasliq.az
saytında yerləşdirilmişdir. 2011-ci ilin yanvarında təqdimatı
keçiriləcək saytın
üzərində işlər
hələ davam etdirilir.
Görüşdə Cəbrayıl Tarix-Diyarşünaslıq
Muzeyinin direktoru Tariyel Abbaslı fondun həyata keçirdiyi layihəni yüksək qiymətləndirmiş,
muzeylərin bugünkü
fəaliyyətinin qənaətbəxş
olmadığını, habelə
muzey əməkdaşlarının
sosial müdafiəsinin
yaxşılaşdırılması ilə baglı addımların atılmasının
vacibliyini vurğulamışdır.
Görüşün sonunda
www.diyarshunasliq.az saytına
baxış keçirilmiş,
təklif və tövsiyələr bildirilmişdir.
Azərbaycan.- 2010.- 21 dekabr.- S.3.