Çaylararası sivilizasiyalar qovuşanda
Naxçıvan Dövlət
Universitetində "Sivilizasiyaların
dialoqu: Nil çayından Araz vadisinədək" mövzusunda
beynəlxalq simpozium keçirilmişdir. Misir Ərəb Respublikasının
Azərbaycandakı Mədəniyyət
Mərkəzi və Qahirə Univesiteti ilə birgə gerçəkləşdirilən simpozium universitet televiziyasının hazırladığı
tanıtma filminin ərəb dilində nümayişi ilə öz işinə başlamışdır.
Simpoziumu giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli "Araz hövzəsi sivilizasiya: Gəmiqayadan Ağrıdağadək"
mövzusunda ətraflı
məruzə etmişdir.
Məruzədə Naxçıvanda
sivilizasiyanın tarixinin
b.e.ə. V minilliyə
söykənməsi, burada
ilk insanın məskunlaşması, şəhərsalma
mədəniyyəti, aqrar
sahənin inkişafı
ilə bağlı qədim tarixə söykənən əsaslı
faktlar və arxeoloji tapıntılar, toponimlərin mövcud olmasından danışılmışdır.
Millət vəkili dünya
tarixinin beşiyi sayılan qədim Misirlə Azərbaycanı
qohum sivilizasiyaların
birləşdirməsindən, Azərbaycan müstəqillik
əldə etdikdən
sonra sivilizasiyalararası
dialoqun inkişafı
istiqamətində uğurlu
dövlət siyasətindən,
beynəlxalq simpoziumun
mühüm əhəmiyyətindən
söz açmışdır.
Sonra Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun simpozium iştirakçılarına təbrik
məktubu oxunmuşdur.
Təbrik məktubunda
qədim Şərq tarixinin, mədəniyyətinin
qovuşduğu iki ölkə arasında siyasi, iqtisadi, sosial, mədəni tərəfdaşlığın inkişafı baxımından
simpoziumun əhəmiyyəti
qeyd olunmuşdur.
Misir Ərəb Respublikasının
Azərbaycandakı Mədəniyyət
Mərkəzinin rəhbəri
Adil Dərviş
"Ölkələrarası əlaqələrin möhkəmləndirilməsində
sivilizasiyaların rolu"
mövzusunda məruzəsində
ümummilli lider Heydər Əliyev və Misir Prezidenti
Hüsnü Mübarəkin
iki dövlət arasında siyasi müttəfiqliyin inkişafındakı
rolundan, ortaq Şərq tarixinin, mədəniyyətinin öryənilməsi
sahəsində görülən
mühüm işlərdən
danışmışdır.
Plenar iclasda AMEA-nın Naxçıvan bölməsinin
sədri, akademik İsmayıl Hacıyevin
"Naxçıvan ərazisində
sivilizasiya mədəniyyətinin
öyrənilmə zərurəti",
qurumun Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin
"Araz hövzəsi
- sivilizasiyada Naxçıvan",
AMEA-nın Ədəbiyyat
İnstitutunun direktor müavini,
AMEA-nın müxbir üzvü Teymur Kərimlinin "Sivilizasiyalararası
ədəbi əlaqələr",
universitetin "Hüquq
fənləri" kafedrasının
müdiri, tarix elmləri namizədi, dosent Şükür Məmmədovun "Çaylararası
sivilizasiyalarda qanunnamələr",
Misir Ərəb Respublikasının Qahirə
Universitetinin ədəbiyyat
fakültəsinin dekan
müavini, professor Ömər
Sabir Əbdülcəlilin
"Misir sivilizasiyası
və çevrə ölkələrindəki sivilizasiyalar
ortaq mədəniyyətə
nümunə kimi",
universitetin koreyalı
tələbəsi, Azərbaycan
dili və ədəbiyyatı ixtisası
üzrə IV kursda təhsil alan Ryu Hi Janın
"Nuhun tufanı hadisəsi və Asiyada tufanla bağlı miflər"
mövzusunda məruzələri
dinlənilmişdir.
Simpozium "Tarix-mədəni
əlaqələr" və
"Sivilizasiyalararası əlaqələr"
adlı bölmə iclasları ilə işini davam etdirmişdir. Yekun iclas universitetin ərəb dili və ədəbiyyatı
ixtisası üzrə
I kurs tələbələrinin
ərəb dilində
çıxışları, bədii qiraətləri ilə başlamışdır.
Bölmə rəhbərləri
professor Adil Dərviş və AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin hesabatları dinlənilmiş,
simpoziumun fəaliyyəti
yüksək dəyərləndirilmişdir.
Simpozium qonaqların qədim Misirlə bağlı tanıtma filmini nümayiş etdirməsilə öz işini yekunlaşdırmışdır.
Simpoziumun materiallarının
hər iki dildə nəşri planlaşdırılmışdır.
Mehriban SULTAN
Azərbaycan.- 2010.- 21 dekabr.- S. 5.