Ulu öndərin
dəyərləndirdiyi muzey
Tarixin səhifələrinə
işıq salmaqla bələdçilik edən,
qiymətli sənədlərin
toplandığı və
qorunduğu məbədlərin
- muzeylərin rolu əvəzsizdir. Bu müəssisələr tarixin
öyrənilib-öyrədilməsi, mədəni sərvətlərimizin
toplanıb qorunması
və təbliği ilə bağlı çox vacib işlər görür.
Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin
qorunub saxlanması yolunda muzeylərin rolunu qiymətləndirərkən
demişdir: "Milli ənənələrimizin
nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr arasında
tərbiyə etmək
üçün muzeylər
lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur".
Muzeylər mədəniyyətin
qorunduğu və bioloji müxtəlifliyin, milliliyin ciddi mühafizə olunduğu ünvanlardır. Muzeylər
tarixi keçmişlə
gələcək arasında
bir körpü, milli-mənəvi dəyərlərin
saxlanc mənbəyidir.
Azərbaycan xalqının
yetirdiyi böyük şəxsiyyətlərdən biri, milli müsiqimizin
korifeyi Üzeyir bəy Hacıbəylinin qoyub getdiyi sərvət
də məhz onun ev-muzeyində qorunub saxlanılır. Bu muzey 20 noyabr 1975-ci il tarixdə, o zaman Azərbaycan
KP MK-nın birinci katibi vəzifəsində
çalışan Heydər
Əliyevin yaxından
köməyi nəticəsində,
Bakıda Ş.Əzizbəyov
küçəsi, ev
67-də (dahi bəstəkarın
1915-1942-ci illər ərzində
yaşadığı evdə)
yaradılmışdır. Xatırladaq ki, dahi bəstəkarın
ruhunu yaşadan ilk ev-muzeyi Şuşada,
uşaqlıq illərinin
keçdiyi evdə
1959-cu ildə açılmışdı.
Bəstəkarın mənalı
və zəngin həyat yolunu böyük məhəbbətlə
əks etdirən Bakıdakı ev-muzeyi isə 35 ildir ki, fəaliyyət göstərir. Dəhliz, dörd otaq, şüşəbənd və
kiçik həyətdən
ibarət bu ocaq Üzeyir yadigarlarını bizə
təqdim edir. Bu evdə əlinin
toxunduğu hər bir əşya - kitab dolabındakı kitabları, skripkası, barmaqlarının toxunduğu
- "Koroğlu"nun
ilk notlarının yarandığı royalı,
iş masasının
üzərindəki əşyaları,
hətta qələmi
belə, qorunub saxlanılır. O qələm artıq Üzeyir bəyin sağlığında öz
adiliyindən çıxmış
və sahibinin yüksəldiyi zirvəyə
qədər ucala bilmişdir. Çünki
o qələm Üzeyir bəyin ürəyindən gələn
musiqini notlara köçürərək əbədiləşdirib
bugünümüzün misilsiz
eksponatına çevirmişdir.
Hərdən düşünürsən ki, bu evin
divarları "dil açsaydı" yəqin
ki, Üzeyir bəy haqqında ən şirin, maraqlı xatirələri
danışardı. Axı,
onlar Üzeyir bəyin öz dostları, həmkarları
ilə birgə bu evdə yaradıcılıq
görüşlərinin, məzəli,
dadlı-duzlu, şirin
söhbətlərinin
şahidi olublar. Həmişə qonaq-qaralı
olmuş bu ev-muzey kimi fəaliyyəti
dövründə sıravi
kiçikyaşlı tamaşaçılarından
tutmuş görkəmli
şəxsiyyətlərə qədər qapılarını
hamının üzünə
açmışdır. Burada
təkcə Üzeyir
bəyin yubileyləri
deyil, həmçinin
onun tələbələri
olmuş görkəmli
sənət adamlarının
da doğum günləri, təqdimat mərasimləri və sərgilər keçirilmişdir.
Bu ənənə davam etməkdədir.
Muzey üçün onun tamaşaçılarının
fikirləri, təəssüratları
çox önəmlidir.
Belə ki, muzeyin rəy
kitablarına tamaşaçılar
tərəfindən yazılmış
ürək sözləri
də təsdiqləyir
ki, Üzeyir bəy Hacıbəylinin evmuzeyi, sözün həqiqi mənasında, musiqi məbədidir, baxmayaraq ki, ölməz və dahi sənətkarımızın
doğulduğu ev,
ayaq açdığı
həyət-baca düşmən
tapdağı altındadır.
Xalq yazıçısı
Mirzə İbrahimov muzeyin xatirə kitabına yazmışdı:
"Mən böyük
bəstəkar və yazıçımızın ölməz
adına, ölməz
sənətinə layiq
bu ev-muzeyindən aldığım ləzzəti,
sevinci ifadə etməyə söz tapmıram. Gözəldir,
füsunkardır, heyrətamizdir.
Bu özü parlaq sənət abidəsidir. Onu yaradanlara, ilhamla rövnəqləndirənlərə minnətdarıq".
Ulu öndərimizin tövsiyəsini heç vaxt unutmuruq. Həmişə deyərdi
ki, biz xalqımızın
musiqi sənətinin əvəzedilməz simasının
ruhu hopmuş maddi nümunələri qoruyub saxlamalı, gələcək nəsillərə
çatdırmalıyıq. Bu mənada, üzərimizə çox
böyük və şərəfli məsuliyyət
düşür.
Aytən HEYDƏROVA,
Üzeyir Hacıbəylinin
ev-muzeyinin
baş mühafizi
Azərbaycan.- 2010.- 21 dekabr.- S. 7.