Bakıda keçirilən IV Beynəlxalq Mstislav Rostropoviç festivalına yekun vurulmuşdur

 

Bakıda keçirilən IV Beynəlxalq Mstislav Rostropoviç festivalına dekabrın 19-da Heydər Əliyev Sarayında növbəti konsert proqramı ilə yekun vurulmuşdur. Sarayın foyesində M.Rostropoviçin həyat yaradıcılığından bəhs edən sərgi açılmışdır.

Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri musiqisevərlər iştirak etmişlər.

Heydər Əliyev Fondunun, Mədəniyyət Turizm Nazirliyinin, Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalın son günündə tamaşaçılar İsrail Filarmonik Orkestrinin ifasında bir-birindən maraqlı musiqi nömrələrini dinləmişlər.

Orkestrin bədii rəhbəri dirijoru Zubin Meta, solisti isə Pudolf Bukbinder (fortepiano) olmuşdur.

Tamaşaçıları salamlayan Zubin Meta son illər Bakıda aparılan böyük abadlıq quruculuq işlərini yüksək qiymətləndirmişdir. Dirijor demişdir: "Mstislav Rostropoviçlə uzun illər dostluq etmişəm ondan çox şey öyrənmişəm. M.Rostropoviç tez-tez mənə doğma Vətəni Azərbaycana gəlməyi məsləhət görürdü. Çox sevinirəm ki, bu gün onun adını daşıyan belə möhtəşəm bir festivalda çıxış edirəm. Mən Bakıda olmağımdan qürur duyuram. Burada sənətə sənətkara göstərilən böyük hörmətin şahidi oldum. Azərbaycan xalqının musiqiyə olan sevgisi məni valeh etdi. Bu xalqın olduqca gözəl zəngin mətbəxi vardır".

Konsertdə xarici ölkə bəstəkarlarının əsərləri səslənmişdir.

AzərTAc

 

Azərbaycan.- 2010.-21 dekabr.- S. 8.