Birinci Qəbələ
Beynəlxalq rəsm sərgisi açılmışdır
Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət
Mübadiləsi Assosiasiyasının
birgə təşkilatçılığı
ilə Birinci Qəbələ Beynəlxalq
rəsm sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, Qəbələ
şəhərindəki "Riverside" hotelində keçirilən sərgini
SEBA-nın sədri Ruhəngiz Heydərova açaraq beynəlxalq tədbirin böyük əhəmiyyət kəsb
etdiyini diqqətə çatdırmışdır. R.Heydərova bu sərginin Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları
Fondu tərəfindən
mədəniyyətimizin genişmiqyaslı
təbliği istiqamətində
reallaşdırılan layihələrin
davamı olduğunu bildirmişdir.
Açılış mərasimində Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sərgi iştirakçılarına
ünvanlanmış təbrik
məktubunu fondun icraçı direktoru Anar Ələkbərov oxumuşdur.
Tədbirdə Azərbaycan Rəssamlar
İttifaqının sədri,
xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru,
xalq rəssamı, akademik Ömər Eldarov, Mədəniyyət
və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov, Koreya Respublikasının Azərbaycandakı
səfiri Li Ci-Han çıxış
edərək sərginin mədəniyyətlərarası
dialoqun tərkib hissələrindən biri
olduğunu bildirmiş,
bu incəsənət
bayramının ənənəvi
olaraq keçirilməsini
arzulamışlar.
Birinci Qəbələ Beynəlxalq rəsm sərgisinin rəsmi açılışını bildirən qırmızı
lent kəsilmiş və sərgiyə baxış keçirilmişdir.
Məlumat verilmişdir ki, beynəlxalq sərgidə 14 ölkədən
- Azərbaycan, Almaniya,
Avstraliya, ABŞ, Türkiyə,
Böyük Britaniya, Braziliya, Fransa, Gürcüstan, İtaliya,
Koreya Respublikası, Latviya, Polşa və Rusiyadan 81 rəssamın 150-dən çox
əsəri nümayiş
olunur.
Sərginin tərtibatı,
nümayiş olunan rəsm əsərləri
iştirakçılarda xoş
təəssürat yaratmışdır.
Mütəxəssislər sərginin
peşəkarcasına təşkil
olunduğunu bir daha qeyd etmişlər.
Beynəlxalq sərgi iki gün davam
edəcəkdir.
Azərbaycan.- 2010.- 21 dekabr.- S. 8.