Prezidentin mətbuat xidmətinin məlumatı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə telefonla zəng etmişdir.

Prezident İlham Əliyev Gürcüstan Prezidentini doğum günü münasibətilə təbrik etmiş, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulamışdır.

Mixeil Saakaşvili göstərilən diqqətə təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

 

Azərbaycan.- 2010.- 22 dekabr.- S. 1.