Belarus Respublikasının
Prezidenti zati-aliləri
cənab Aleksandr Lukaşenkoya
Hörmətli Aleksandr Qriqoryeviç!
Belarus Respublikasının
Prezidenti vəzifəsinə
yenidən seçilməyiniz
münasibətilə Sizi
səmimi qəlbdən
təbrik edirəm.
Azərbaycan ilə Belarusu əsrlər boyu sıx dostluq və əməkdaşlıq
telləri bağlayır.
Əminəm ki, dövlətlərarası münasibətlərimiz
bu xoş ənənələrə əsaslanaraq
xalqlarımızın rifahı
naminə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf
edəcək və möhkəmlənəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı,
xoşbəxtlik və
dövləti fəaliyyətinizdə
uğurlar arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 21 dekabr
2010-cu il
Azərbaycan.- 2010.- 22 dekabr.- S. 1.