Məhəmməd məscidində
aparılmış muzey-konservasiya
işlərinin yekunlarına
həsr olunmuş seminar keçiriləcəkdir
Dekabrın
24-də "İçərişəhər"
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
təşkilatçılığı ilə dünya əhəmiyyətli memarlıq
abidəsi olan Məhəmməd məscidində
aparılmış muzey-konservasiya
işlərinin başa
çatmasına həsr
olunmuş elmi-praktiki seminar keçiriləcəkdir.
Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsindən
AzərTAc-a bildirmişlər
ki, seminarda mütəxəssislər görülmüş
muzey-konservasiya işləri
barədə ətraflı
məlumat verəcək,
bu təcrübənin
öyrənilməsi və
gələcəkdə İçərişəhərdə tətbiq edilməsinə dair müzakirələr aparılacaqdır.
Məsciddə muzey-konservasiya
işlərinə Almaniyanın
"Remmers" və
Avstriyanın "Atelier
Erich Pummer" şirkətləri tərəfindən
bu ilin mart
ayından etibarən başlanılmışdır. Bir neçə mərhələni özündə
ehtiva edən mürəkkəb texnoloji
prosesin gedişində
təqribən 500 millimetrlik
səth örtüyü
xüsusi avadanlıq və materiallarla bərpa edildikdən sonra konservasiya olunmuşdur. Bərpa zamanı vakuum yolu ilə bərkidilmə
üsulundan istifadə
edilmişdir. Bunun nəticəsində havasızlıq
şəraitində daşlar
bərkidilmiş, beləliklə,
abidənin tarixiliyinə
və mövcud quruluşuna zərər yetirilməmişdir.
Bu cür muzey-konservasiya
işləri Azərbaycanda
ilk dəfə olaraq həyata keçirilir və dünya standartlarına cavab verir.
Azərbaycan.- 2010.- 22 dekabr.- S. 6.