Amerikada Azərbaycan muğamı səslənir

 

Kaliforniyada Azərbaycan muğam ustalarının konserti böyük uğurla keçir. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun "Azərbaycan İnternəşnl" jurnalının birgə təşkil etdikləri konsertlər San-Diyeqoda Los-Ancelesdə hərarətlə qarşılanmışdır.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin rəhbərliyi ilə tanınmış musiqiçilər Azərbaycan musiqi ənənələrinin zənginliyini nümayiş etdirən proqramla çıxış etmişlər. Qrupa xalq artistləri Aygün Bayramova, Mənsum İbrahimov, habelə əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov Kamran Kərimov daxildirlər.

Amerika tamaşaçıları Aygün Bayramova Mənsum İbrahimovun ifasında "Qarabağ şikəstəsi"ni "Sarı gəlin" mahnısını sürəkli alqışlarla qarşılamışlar. Siyavuş Kəriminin royalda, Elçin Həşimovun tarda, Elnur Əhmədovun kamançada Kamran Kərimovun nağarada virtuoz ifaları dinləyiciləri heyran etmişdir.

San-Diyeqoda təqdim edilən konsert proqramı Bakının Nəsimi rayonu ilə qardaşlıq münasibətlərinin qurulması üzrə təşəbbüs qrupunun üzvü Martin Kruminqin köməyi ilə təşkil olunmuşdur. Azərbaycan musiqiçilərinin San-Diyeqoda növbəti konserti dekabrın 23-də baş tutacaqdır.

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 dekabr.- S. 6.