Azərbaycanın “İSR” Şirkətlər
qrupu Bodrumun ən böyük turizim təsislərindən
birini almışdır
2010-12-20Yeni məhsul
və layihələrAzərbaycanın özəl sektorunun
ən iri qrumlarından biri olan “İSR” şirkətlər
qrupu turizm sektoruna sərmayə yatırmaqda davam edir. Bakıda
3 hotelə malik olan şirkətlər qrupu
Türkiyədə 2 hotel əldə edərək hotellərinin
sayını 5-ə çatdırmışdır.
Alınmış hotellərdən
biri Bodrum şəhərində yerləşən
“Bodrum Princess Deluxe Resort and SPA” hotelidir.
“Hilton International” ilə əldə edilmiş razılaşmaya əsasən
2011-ci ildən etibarən
hotel “Hilton Bodrum Turkbuku
Hotel” adı ilə fəaliyətini davam etdirəcəkdir. Bodrumun
ən gözəl yerlərindən biri olaraq qəbul olunan Türkbükü ərazisində yerləşən
bu hoteldə 432 Standart, 46 Junior suit, 6 Dublex
suit, 2 King suit otaqlar, 11 villa və VIP villa mövcudur. Hoteldə dincəlmək və əylənmək üçün hər bir şərait var. Belə ki, hotel 3 ədəd böyük,
22 ədəd orta və kiçik üzgüçülük hovuzu,
5 restoranı, 13 barı,
9 konfrans zalı, masaj otaqları və saunaları ilə yerləşdiyi bölgənin ən böyük turizm təsislərindən biridir.
Ümumi
sahəsi 70 hektar olan hotel ərazisi meşəlikdən ibarət
olub, təkrarolunmaz təbiət mənzərəsi
ilə insanı valeh edir. Hotel hava limanından
45 km, Bodrumun mərkəzindən
isə 22 km uzaqlıqda
yerləşir.
Türkiyədə digər bir oteli “İSR” şirkətlər
qrupu “Palmalı” şirkətlər qrupu ilə ortaq şəkildə əldə
etmişlər. İstanbul şəhərində yerləşən və “İstanbul Edition Hotel” adlanan
həmin hotel Türkiyənin
ilk 7 ulduzlu hotelidir.
Hotelin dizaynı tanınmış
dizayner “İan Schrager” tərəfindən
işlənilmişdir. Hoteldə dünyada tanınmış “Cipriano”
restoranı, “Millioner
Club”, ”Roze bar”, “S-bar” və
İstanbulda ən böyük, lüks SPA mərkəzi fəaliyyət
göstərir. Hotelin yuxarı
son mərtəbəsində isə ümumi sahəsi 450 m2 olan Prezident suit yerləşir.
Həmçinin hoteldə əlamətdar
tədbirlərin keçirilməsi
üçün möhtəşəm
banket zalı da mövcuddur. Şəhərin tam mərkəzində yerləşən “İstanbul
Edition Hotel” dünyadakı 8 Edition hoteldən biridir.
“İSR” Şirkətlər
qrupunun vitse-prezidenti Zafer Tangil Türkiyənin
turizm sektoruna yatırılmış sərmayələrlə
bağlı olaraq bildirmişdir: “Qürur hissi keçiririk ki, dünyanın ən böyük turizim ölkəsindən
biri olan Türkiyədə ilk 7 ulduzlu
hoteldə “İSR” şirkətlər
qrupunun da payı vardır. Həmçinin “İSR” Şirkətlər qrupu Bodrumun ən böyük turizim təsislərindən
birinə sahib olmuşdur.
Bu Azərbaycanın artan iqtisadi qüdrətinin göstəricisidir.
“İSR” şirkətlər
qrupu Türkiyənin turizim sektoruna daxil olaraq iki
hotel alması bir daha sübut etdi ki, Azərbaycan
iqtisadiyyatı və onun şirkətləri sürətli inkişaf yolundadır”.
Türkiyədə alınmış
hotelləri “İSR” Şirkətlər
qrupunun bu ilin iyul ayında
həmin ölkədə
yaratdığı “İSR Turizm İşletmeleri ve Ticaret Anonim
Şirketi” idarə edəcəkdir.
Qeyd edək ki, “İSR” şirkətlər qrupu
1995-ci ildən fəaliyyət
göstərir. Şirkət nəqliyyat, daşınmaz
əmlak, ticarət və xidmət sahələrinə sərmayə
yatırmışdır. “İSR” şirkətlər qrupuna
“Bakı Əyləncə
Mərkəzi”, “Nərgiz
Ticarət Mərkəzi”,
“Tayota Bakı Mərkəzi”, “İSR Residence-I” və “İSR Residence- II” elit
yaşayış kompleksləri, Bakı Avtomobil Bazarı, “Azər-Yod” yod - brom zavodu, “Park İnn Azərbaycan, “ISR Plaza”, “Radisson Hotel” və 2011-ci ildə istifadəyə veriləcək
“Hilton Baku Hotel”i və
digər onlarla şirkətlər daxildir.
Şirkətlər qrupu
hazırda 1000-dən artıq
insana iş imkanı yaratmışdır.
Azərbaycan.- 2010.- 22 dekabr.- S.7.