Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü
Dekabrın 22-də İstanbulda
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü
olmuşdur.
Görüşdə ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin
müxtəlif sahələrdə
uğurlu inkişafından
məmnunluq ifadə olundu, əlaqələrimizin,
o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri
barədə danışıldı.
Görüşdə, həmçinin
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
nizama salınması məsələləri ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2010.- 23 dekabr.- S.1.