Dövlət və hökumət başçılarının
şərəfinə
İqtisadi Əməkdaşlıq Təşkilatının
XI Sammitində iştirak
etmək üçün
Türkiyədə səfərdə
olan dövlət və hökumət başçılarının şərəfinə
dekabrın 22-də İstanbulun
"Dolmabaxça" sarayında
Baş nazir Rəcəb Tayyib Ərdoğanın adından
qəbul təşkil
edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak etmişdir.
Prezident İlham Əliyevin Türkiyəyə
səfəri davam edir.
AzərTAc
Azərbaycan.- 2010.- 23 dekabr.- S. 1.