Yaponiyanın İmperatoru əlahəzrət Akihitoya
Əlahəzrət!
Ölkənizin milli bayramı - Təvəllüd
gününüz münasibətilə
Sizi və Sizin simanızda bütün xalqınızı
şəxsən öz
adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Yaponiya
münasibətləri dinamik
inkişaf yolundadır.
Əminəm ki, ölkələrimizi birləşdirən
dostluq əlaqələrinin,
bir çox sahələri əhatə
edən və qarşılıqlı maraq
doğuran ikitərəfli
əməkdaşlığımızın
inkişafı bundan sonra da müvəffəqiyyətlə davam edərək xalqlarımızın
rifahına xidmət edəcəkdir.
Belə bir əlamətdar
gündə Sizə ən xoş arzularımızı yetirir,
möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Yaponiya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 11 dekabr
2010-cu il
Azərbaycan.- 2010.- 23 dekabr.- S.1.