İstanbulda İƏT ölkələri
xarici işlər nazirlərinin toplantısı
keçirilmişdir
İstanbuldakı "Çırağan"
sarayında İqtisadi
Əməkdaşlıq Təşkilatına
(İƏT) üzv ölkələrin
dövlət başçılarının
XI Sammiti ərəfəsində
xarici işlər nazirlərinin 19-cu toplantısı
keçirilmişdir. Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov
toplantıda iştirak
etmişdir.
Toplantıda İƏT Nazirlər
Şurasında sədrlik
İrandan Türkiyəyə
keçmişdir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxışında bildirmişdir
ki, xarici siyasət idarələrinin
başçıları regional
və qlobal məsələlələri müzakirə
edəcəklər. İƏT ölkələrinin 400 milyon
əhalisi var və 8 milyon kvadratkilometr ərazini əhatə edir. Bu məkanda sabitlik və tərəqqinin təmin olunması əsas məqsədlərdən biridir.
İqtisadi əlaqələrin
möhkəmlənməsi üçün
yeni layihələrin həyata keçirilməsinə
də ehtiyac vardır. Dövlət başçılarının zirvə
görüşündə İƏT Ticarət Sazişinin imzalanması gözlənilir.
İranın
xarici işlər naziri Əli Əkbər Salihi, Əfqanıstanın xarici
işlər naziri Zalmay Rəsul, Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi, Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay da toplantıda iştirak etmişlər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2010.-23 dekabr.- S. 2.