Azərbaycan torpaqlarının
işğalı İƏT regionunda inkişaf, sabitlik və tərəqqinin bərqərar
olmasına böyük
maneələr törədir
Azərbaycanın xarici siyasət
idarəsinin mətbuat
xidmətindən AzərTAc-a
bildirmişlər ki, dekabrın 22-də nazir Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq
Təşkilatının (İƏT) İstanbulda keçirilən
Xarici İşlər
Nazirləri Şurasının
19-cu iclasında bəyanatla
çıxış etmişdir.
Azərbaycanın İƏT çərçivəsində
əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayan E.Məmmədyarov əmin olduğunu bildirmişdir ki, bugünkü görüşdə qəbul
olunan qərarlar təşkilatın canlandırılmasında,
onun səmərəliliyinin
və bölgəmizin
üzləşdiyi çağırışlara
cavab vermə qabiliyyətinin artırılmasında
vacib addım olacaqdır. Nəzərə alsaq ki, nəqliyyat təşkilat
daxilində əməkdaşlığın
əsas qurucu elementidir və regional ticarətin inkişafı üçün
ilkin şərtdir, hesab edirik ki,
qurum ölkələri
üçün faydalı
olacaq Bakı-Tbilisi-Qars
və Qəzvin-Rəşt-Astara
kimi əsas regional dəmir yolu layihələrinin tamamlanması istiqamətində
səylərin artırılması vacibdir. Tranzit potensialını artırmaq məqsədi ilə Azərbaycan Transavropa və Transasiya şəbəkələrinin
birləşməsinə xidmət
edəcək nəqliyyat
infrastrukturunu çoxşaxəli
etməyə və müasirləşdirməyə çalışır. Bununla
yanaşı, yeni Beynəlxalq Dəniz Ticarət Limanının və onun təminat
(logistik) mərkəzinin
inşası beynəlxalq
nəqliyyat dəhlizlərinin
rəqabətliliyini və
region ölkələrinin
tranzit imkanlarını
əhəmiyyətli dərəcədə
artıracaqdır.
Nazir demişdir ki, Azərbaycan enerji mənbələrinin nəql
edilməsinin çoxşaxəli
olmasında, enerji təhlükəsizliyinin gücləndirilməsində
və əməkdaşlığa
cəlb olunmuş ölkələrin, o cümlədən İƏT üzv
dövlətlərinin iqtisadiyyatlarının
inkişaf etdirilməsində
böyük rol oynayacaq regional
enerji layihələrinin
həyata keçirilməsində
fəallıq göstərir.
İƏT-də müsbət
irəliləyişlərin əldə olunmasına baxmayaraq, biz bu nailiyyətlərlə kifayətlənə bilmərik
və inanırıq ki, təşkilatın mövcud potensialından tam yararlana bilməmişik.
Bunun tam şəkildə dərk edilməsi üçün
üzv ölkələr
təşkilatın səmərəliliyin
artırılmasına yönəlmiş
islahatların həyata
keçirilməsi prosesini
davam etdirməlidirlər.
Biz qurumun bütövlükdə təşkilati
strukturunu ölkələrimizin
və bütün regionun ehtiyacları və üzləşdiyi çağırışlara cavab
verməyə uyğun
formaya gətirməliyik.
Biz İqtisadi Əməkdaşlıq Təşkilatını
tamamilə yetişmiş
bir təşkilata çevirməyə müvəffəq
olduq, lakin buna baxmayaraq, bu qurum səmərəli
və əlaqələndirilmiş
şəkildə fəaliyyət
göstərməlidir. Bu
vəziyyətin yaxşılaşdırılması
üçün üzv
ölkələrin ümumi
və müştərək
baxışları və
güclü bağlılığı
vacibdir. Biz, həmçinin əməkdaşlığın
daha çox sahələri əhatə
etməsindən çəkinməliyik.
Bizim təcrübə
bunun səmərəli
olmadığını göstərir.
Beləliklə, fəaliyyətimiz
daha mərkəzləşdirilmiş
və layihə yönümlü olmalıdır.
Bu, xüsusilə planlaşdırma
və həyata keçirmə mərhələlərinə
aiddir. Əlavə olaraq, bu siyasət
müəyyən prioritetlərə
əsaslanmalı, təşkilati
imkanlarımıza və
məhdud mənbələrimizə
uyğun şəkildə
həyata keçirilməlidir.
Əminik ki, əməkdaşlıq sahələrinin
prioritetləşdirilməsi, işçi və ekspert qruplarının səmərəliliyinin artırılması
bütövlükdə təşkilatın
səmərəliliyinə təkan verə bilər. Bu baxımdan Azərbaycan hesab edir ki,
əməkdaşlığın hüquqi və fəaliyyət mexanizmlərinin
təkmilləşdirilməsinə ehtiyac vardır. Aydın məsələdir
ki, yuxarıda qeyd olunanları təşkilatımızın iş
üsullarında müvafiq
dəyişikliklər etmədən
həyata keçirə
bilmərik. Biz əminik ki, buna nail olmaq
üçün islahatlar
davam etməlidir.
E.Məmmədyarov bəyan etmişdir ki, islahat qaydalarını
qəbul edərkən
üzv dövlətlərin
qarşılaşdığı ictimai-siyasi və humanitar xarakterli problemlər təşkilat
tərəfindən müvafiq
qaydada baxılmalıdır. Regionda qeyri-sabitlik
davam etdiyi müddətdə real regional əməkdaşlıq
müzakirə oluna bilməz. Bu, regionumuzun və təşkilatın üzləşdiyi
ən ciddi problemdir və onların həlli üçün daha qətiyyətli səylər
göstərmək lazımdır.
Azərbaycanın 20 faiz torpaqlarının
Ermənistanın işğalı
altında olması və ölkədə 1 milyon qaçqın və məcburi köçkünün mövcudluğu
İƏT regionunda inkişaf,
sabitlik və tərəqqinin bərqərar
olunmasına böyük
maneələr törədir.
Bu baxımdan təşkilat və üzv ölkələr Azərbaycanın münaqişənin
tezliklə həllinə
və ərazi bütövlüyünün bərpasına
yönəlmiş mövqeyinə
öz qətiyyətli
və ardıcıl dəstəyini artırmalıdır.
Azərbaycan.- 2010.- 23 dekabr.- S. 2.