Türkdilli Ölkələrin Media Forumu başa çatmışdır

 

Türkiyə Mətbuat, Yayın İnformasiya Baş İdarəsi Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Ankarada Türkdilli Ölkələrin Media Forumu dekabrın 22-də öz işini davam etdirmişdir.

Forumun "Türk dünyasında media" mövzusunda iclasında çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, Türkiyə Azərbaycan mətbuatı arasında əlaqələrin kökü ilk mətbu nəşrin - "Əkinçi" qəzetinin çıxdığı XIX əsrin sonuna uzanır. Bu qəzetin şriftləri İstanbuldan gətirilirdi mənbələrin əksəriyyəti Osmanlıya aid idi. Hazırda iki qardaş ölkənin mətbuat orqanları jurnalist təşkilatları arasında sıx əməkdaşlıq mövcuddur.

Ölkəmizdə 4 mindən çox kütləvi informasiya vasitəsi dövlət qeydiyyatından keçmişdir. Onların əksəriyyəti qəzet jurnal, 30-dan çox informasiya agentliyi, 44 elektron kütləvi informasiya vasitəsidir. Hazırda 8 respublika, 14 yerli televiziya kanalı, 12 kabel televiziyası 11 radiostansiya fəaliyyət göstərir. Çoxlu sayda jurnalist təşkilatlarını ictimai birlikləri buna əlavə etmək olar. 1998-ci ildən Azərbaycanda mətbuat üzərində olan senzura ləğv olunmuş, milli mediamızın qanunvericilik bazası yaradılmışdır. Beynəlxalq yerli ekspertlərin iştirakı ilə hazırlanmış 2005-ci ildə qəbul edilmiş "İnformasiya əldə etmək haqqında" qanun hər kəsin sərbəst, maneəsiz, bərabər şərtlərlə informasiya əldə etməsinə hüquqi təminat yaratmışdır.

Bu sahədə ən mühüm tədbir isə 2008-ci ildə Azərbaycan Prezidentinin imzaladığı "Azərbaycan Respublikasında kütləvi informasiya vasitərələinin inkişafına dövlət dəstəyi Konsepsiyası"dır. Bu konsepsiya əsasında yaradılmış Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlərin mətbuat orqanlarının fəaliyyətini təkmilləşdirmək üçün yeni layihələr həyata keçirir.

Forumda çıxış edən Anadolu Agentliyinin baş direktoru Hilmi Bengi son illər Türkdilli Xəbər Agentlikləri Birliyinin fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs etmişdir. Hazırda AzərTAc-ın sədrlik etdiyi bu təşkilat türk dünyası jurnalistlərinin əməkdaşlığı üçün örnək ola bilər.

Qazaxıstan, Qırğızıstan, Türkmənistan Şimali Kiprdən gəlmiş jurnalist təşkilatları mətbuat orqanlarının rəhbərləri ölkələrində medianın vəziyyətindən bəhs etmişlər.

Forumun sonunda Yekun Bəyannanməsi qəbul olunmuşdur.

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23 dekabr.- S. 2.