Azərbaycan Diplomatik Akademiyasının Xarici Siyasət Proqramı məzunlarının növbəti buraxılış mərasimi keçirilmişdir

 

 

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Xarici Siyasət Proqramı üzrə bu ilin ikinci semestrində 19 orta rütbəli dövlət qulluqçusu treninqdən keçmişdir.

ADA-dan AzərTAc-a bildirmişlər ki, kursların başa çatması münasibətilə keçirilən mərasimdə xarici işlər nazirinin müavini, ADA-nın rektoru, professor Hafiz Paşayev çıxış edərək bildirmişdir ki, Xarici Siyasət Proqramı yalnız dövlət məmurlarının biliklərinin artırılmasına xidmət etmir, eyni zamanda, onlar arasında peşəkar əməkdaşlığın yaranmasına da öz töhfəsini verir.

Sonra rektor Hafiz Paşayev treninq iştirakçılarına sertifikatlar simvolik mükafatlar təqdim etmişdir.

ADA-nın Xarici Siyasət Proqramı mövcud qlobal siyasi iqtisadi meyillər, ictimai diplomatiya, liderlik kommunikasiya bacarıqlarının qurulması kimi sahələri əhatə etmişdir. Kurslara Prezident Administrasiyasının, Milli Məclisin, Mərkəzi Bankın, Xarici İşlər, Gənclər İdman, Fövqəladə Hallar, İqtisadi İnkişaf, Ekologiya Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Televiziyası Qlobal Fond təşkilatının əməkdaşları qatılmışlar.

 

 

Azərbaycan.- 2010.- 23 dekabr.- S. 2.