Sazlı- sözlü bölgənin sədası
Azərbaycanın sazlı-sözlü bölgələrindən sayılan Qazax mahalının poetik mənəvi pasportu qarşımızdadır. Bu, yenicə çapdan çıxmış "Şairlər Vətəni bizim tərəflər..." antologiyasıdır. Xalq şairi Nəriman Həsənzadə və akademiyamn müxbir üzvü Nizami Cəfərovun rəyləri əsasında filologiya elmləri üzrə fəlsəfə doktoru Salatın Əhmədli və Barat Vüsalın tərtib etdiyi bu poeziya antologiyasına Qazaxdan olan klassik və müasir şairlərin şeirlerindən nümunələr salınıb.
Ədəbiyyat tarixindən
bəllidir ki, Qazax mahalının epitetinə çevrilmiş
"Şairlər Vətəni..."
ifadəsini ilk dəfə Səməd Vurğun "Yadıma düşdü" qoşmasında
işlətmişdir:
Başına
döndüyüm gülüzlü sona,
Ömrümün ilk
çağı yadıma düşdü.
Şairlər
Vətəni bizim tərəflər,
Tərlanın
oylağı yadıma düşdü.
Bu torpağın
şairlər yetirməsi haqqında fikri əslən
qazaxlı olan, sonralar Özbəkistanda
yaşayıb-yaratmış, bu ölkənin xalq şairi
fəxri adına layiq görülmüş Maqsud
Şeyxzadə də dilə gətirmişdir: Şeir
diyarının şairləriyik, Hər evə, hər
qəlbə şeir yar olsun! Azərbaycan
folklorunun bir qolu da bu
mahalla bağlıdır.
Xüsusilə də,
bayatılarda Qazaxın
təbiəti, gözəlliyi
öz əksini tapıb. Min illər bundan qabaq deyilmiş bir bayatıda isə Vətən məhəbbəti dil açır:
Əzizim Qazax səndə,
Əsəydi sazax səndə!
Gəzəydim bu dünyanı,
Öləydim Qazax səndə!
İstər-istəməz yada şuşalı Ağabəyim ağanın bayatısı düşür:
Əziziyəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ!
Antologiyaya Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Əbdürrəhman Ağa Dilbazoğlu, Kazım Ağa Salik, Mirzə Məhəmməd Fədai kimi klassiklərdən başlayaraq repressiya qurbanı olmuş şairlərin, o cümlədən XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən Osman Sarıvəlli, Səməd Vurğun, Mirvarid Dilbazi, Əli Sübhi, Hüseyn Arif, Vidadi Babanlı, Nəriman Həsənzadə, Həmid Abbas, Vaqif Nəsib, Müzəffər Şükür, Aslan Kəmərli, Nüsrət Kəsəmənli kimi şairlərin şeirlərindən nümunələr daxil edilmişdir. Ümumilikdə yeni nəşrə 150-dən çox şairin yaradıcılığından seçmələr salınmışdır.
Bizim üçün maraqlı cəhətlərdən biri də budur ki, uzun illər redaksiyamızda çalışmış və indi haqq dünyasında olan şair Eldar Nəsiblinin də bu antologiyada şeirləri verilmişdir. Ata-babaları vaxtilə sovet repressiyasının dəhşətlərini çəkmiş Eldar Nəsiblinin yaradıcılığında Vətən məhəbbəti, yurd sevgisi çox poetik və təsirli əks olunub. Vaxtilə Sibirdə anadan olan, sonradan Bakıya köçən, övladlarını doğma yurda apararaq onlara poetik nəsihət edən şairin müraciəti düşündürücüdür. Xüsusilə də, "Bura Qazaxdı, oğlum", "Qazax bayatıları", "Qəhrəman şəhəri Azərbaycanın", "O günə qayıdaq" adlı şeirlərdə torpağına bağlı bir ürəyin məhəbbəti duyulur. Bu gün aramızda olmasa da, şeirlərilə ədəbiyyatımızda əbədi yaşarlıq qazanmış iş yoldaşımız, qələm dostumuz Eldar Nəsiblinin antologiyada yer alması təqdirəlayiqdir.
Son illər respublikamızın bölgələri
ilə bağlı sanballı və nəfis şəkildə
tərtib olunmuş antologiyalar çap edilməkdədir. Bu, çox yaxşı haldır. Bütün bədii nümunələrin
bir yerə toplanması həm də oxucu üçün
maraqlı və rahatdır. Bu mənada təkcə şeirləri deyil, nəsr nümunələrinin
də antologiyaya salınması məqsədəuyğundur.
Flora XƏLİLZADƏ,
Azərbaycan.- 2010.- 23 dekabr.- S. 7