Yubiley qeyd olundu
Azərbaycan teatr
sənəti tarixində özünəməxsus yeri olan
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus
Dram Teatrının 90 illik yubileyi təntənə ilə qeyd
olundu. Teatrın baş rejissoru Aleksandr Şarovski qonaqları
səmimi salamlayaraq mədəniyyət ocağına
ünvanlanan diqqət və qayğıya görə
dövlət başçısına
minnətdarlığını bildirdi.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev 90 yaşı tamam
olan teatrın kollektivini alqışlayaraq ölkə Prezidenti
İlham Əliyevin yaradıcı heyətə ünvanlanmış
təbrik məktubunu oxudu. Nazir ölkə
başçısının Rus Dram Teatrının bir qrup
əməkdaşına fəxri adların verilməsi
haqqında imzaladığı sərəncamı da tədbir
iştirakçılarının nəzərinə
çatdırdı.
Tədbirdə Teatr
Xadimləri İttifaqının sədri Azər Paşa
Nemət, Rusiya Prezidentinin beynəlxalq mədəni
əməkdaşlıq üzrə xüsusi
nümayəndəsi Mixail Şvitkoyl çıxış
etdilər. Ölkəmizin Rusiyadakı səfiri xalq artisti
Polad Bülbüloğlu Rusiya Federasiyasının
mədəniyyət naziri Aleksey Avdeyevin Rus Dram Teatrının
kollektivinə ünvanladığı təbrik məktubunu
oxudu.
Azərbaycan.- 2010.- 23 dekabr.- S. 7.