Muğamlarımızın səsi Londondan gəlir
İngiltərənin paytaxtı Londonda Azərbaycanın instrumental
muğam üçlüyünün konserti uğurla keçib. Rüfət (tar), İmamyar (kamança), Həsənov qardaşları
və Malik Təbrizlidən
(nağara) ibarətolan
muğam üçlüyünün möhtəşəm
konserti dinləyiciləri
valeh edib. Onların ifasında
Ü.Hacıbəylinin, R.Əfəndiyevin, C.Cahangirovun əsərləri
səsləndi. Xüsusilə
də, konsertin sonunda muğam üçlüyünün böyük
məharətlə ifa
etdiyi "Sarı gəlin" xalq mahnısı tamaşaçılar
tərəfindən heyranlıqla
qarşılandı.
Azərbaycan.- 2010.- 23 dekabr.- S. 7.