Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının
XI Sammitində iştirak
etmişdir
Dekabrın
23-də İstanbulda, "Çırağan"
sarayında İqtisadi
Əməkdaşlıq Təşkilatının
XI Sammiti keçirilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir.
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidentini, digər dövlət və hökumət başçılarını qarşıladı.
2009-cu ilin martında
Tehranda keçirilmiş
X Sammitdən sonra İqtisadi Əməkdaşlıq
Təşkilatında sədrlik
edən İran İslam Respublikasının
Prezidenti Mahmud Əhmədinejad zirvə görüşünü açdı.
O, quruma sədrliyin Türkiyəyə keçməsindən
məmnun olduğunu dedi və bildirdi
ki, ötən Tehran zirvə görüşündən sonra
üzv ölkələr
arasında əlaqələr
daha da dərinləşmiş
və bu, iqtisadiyyatın müxtəlif
sahələrini əhatə
etmişdir. Daha çox diqqət çəkən məqam
ölkələr arasında
sərmayə yatırımlarının
çoxalmasıdır.
İran Prezidenti əmin olduğunu bildirdi ki, İƏT iqtisadi əməkdaşlığı
daha da dərinləşdirmək
və inkişaf etdirmək üçün
böyük potensiala malikdir.
İqtisadi Əməkdaşlıq
Təşkilatında sədrlik
İrandan Türkiyəyə
keçdi.
Türkiyə Prezidenti Abdullah Gül İƏT-nin XI Sammitində
iştirak edən dövlət və hökumət başçılarını
salamladı və təşkilata sədrlik etməkdən məmnun olduğunu bildirdi.
Türkiyə dövlətinin
başçısı dedi
ki, ölkəsi bölgədə sülh və təhlükəsizliyin
təmin olunmasına böyük diqqət göstərir. Bununla yanaşı, Türkiyə
regionda iqtisadi əməkdaşlığın da dərinləşməsinə
ciddi önəm verir. Bu sırada
İƏT-nin rolu əvəzolunmazdır. Həm ərazi,
həm də əhali baxımından İƏT-nin əhatə
etdiyi region iqtisadi və ticari əməkdaşlıq
sahəsində böyük
potensiala sahibdir. Əsas diqqət çəkən məqamlardan
biri də üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmini
artırmaq və daha böyük nəticələrə
nail olmaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında
çıxış etdi.
Azərbaycan.- 2010.- 24 dekabr.- S. 1.