Türkdilli Ölkələrin Media Forumunun iştirakçıları TÜRKSOY-un baş ofisində olmuşlar

 

Türkiyə Mətbuat, Yayın İnformasiya Baş İdarəsi Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş Türkdilli Ölkələrin Media Forumunun iştirakçıları TÜRKSOY-un Ankaradakı baş ofisində olmuşlar.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan Şimali Kiprdən olan jurnalistlərlə görüşən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın fəaliyyəti haqqında onlara ətraflı məlumat vermiş, türkdilli ölkələrin mədəni irsinin təbliği üçün təşkil olunan tədbirlərin daha yaxşı işıqlandırılmasının zəruriliyini vurğulamışdır.

Düsen Kaseinov onu da bildirmişdir ki, türk dünyası jurnalistləri ilə birgə əməkdaşlığın daha da təkmilləşdirilməsi üçün gələn il Türkiyədə mətbuat nümayəndələrinin iştirakı ilə mədəniyyət forumu keçirilməsi planlaşdırılır. Görüşün sonunda jurnalistlərə hədiyyələr təqdim edilmiş, xatirə şəkli çəkdirilmişdir.

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.- 24 dekabr.- S. 2.