Azərbaycanda ailə və nikah institutu
ilə bağlı sosioloji təhlil aparılmışdır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Müasir
Azərbaycanda ailə
və nikah institutu" mövzusunda sosioloji təhlil aparılmış və müasir ailə modelinə dair analitik hesabat hazırlanmışdır.
Dekabrın 23-də "Park
İnn Azərbaycan"
mehmanxanasında "Müasir
Azərbaycanda ailə
və nikah institutu: sosioloji təhlil" hesabatının
təqdimatı olmuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova demişdir ki, tədqiqatın əsas məqsədi ölkəmizdə
ailə-nikah münasibətləri
sahəsində real vəziyyət, tendensiyalar
və problemlər barədə hərtərəfli
və əsaslandırılmış
sosioloji informasiyaların
alınmasıdır. Analitik
hesabat ailə sahəsində müasir vəziyyətin qiymətləndirilməsi
və məsələnin
ən optimal həlli yollarını təyin edir. Bu tədqiqat gələcəkdə Azərbaycanda
ailə siyasəti konsepsiyasının yaradılması
və inkişafı üçün ilkin çıxış materialı
ola bilər. Həmin konsepsiyada sosial inkişaf və ailənin müdafiəsi problemlərinin
həlli kompleks surətdə əksini tapa bilər.
Milli Məclis Sədrinin müavini Bahar Muradova aparılmış sosioloji
təhlili yüksək
qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycanda bu sahədə problemləri
tənzimləyən qanunlar
qəbul edilmişdir.
Tədqiqatın nəticəsi
olaraq qanunverici aktlarda bəzi dəyişiklik və əlavələrin edilməsinə
ehtiyac vardır. Bu sosioloji sorğu
aidiyyəti qurumlar tərəfindən araşdırılmalı,
müvafiq təkliflər
hazırlanmalı və
parlamentin müzakirəsinə
təqdim olunmalıdır.
Tədbirdə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, təhsil nazirinin müavini İradə Hüseynova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova
milli mənəvi dəyərlərə söykənən
ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində
həyata keçirilən
tədbirlərin əhəmiyyətini
qeyd etmişlər. Bildirilmişdir ki, cəmiyyətin, dövlətin
formalaşması və
inkişafında ailə
mühüm vasitədir.
Dövlət siyasətinin
prioritet istiqamətlərində
birini məhz ailə siyasəti təşkil edir. Qarşıda duran ən mühüm vəzifələrdən
biri ailə institutunun hərtərəfli
inkişafı və möhkəmləndirilməsi, ailə
dəyərlərinin qorunması,
onun problemlərinin minimuma endirilməsi, ümumən ailənin cəmiyyətdə rolunun
yüksəldilməsi və
rifahının artırılmasıdır.
AzərTAc
Azərbaycan.- 2010.- 24 dekabr.- S. 2.