Dünya azərbaycanlılarına

 

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Hər birimizdə böyük sevinc səmimi duyğular oyadan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi ürəkdən salamlayır ən xoş arzularımı yetirirəm.

Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız da ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar. Bu köməyin səmərəli olması məhz həmvətənlərimizin möhkəm birliyi, mütəşəkkilliyi yaxşı təşkilatlanması sayəsində mümkündür. Ona görə Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir bu prosesə hərtərəfli yardım göstərir. Sevindirici haldır ki, xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm Azərbaycanın dünyaya təqdim olunmasına, maddi mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər. Düşünürəm ki, diaspor qurumlarımız bu sahədəki səylərini bundan sonra da artırmalı, intellektual potensialı ilə maddi resurslarını birləşdirməli, xarici ölkələrdəki diplomatik korpuslarımızla əlaqələrini genişləndirməlidirlər. Gələn il Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcəkdir. Əminəm ki, qurultayda diaspor təşkilatlarının fəaliyyəti dərindən təhlil olunacaq, qəbul edilən qərarlar soydaşlarımızın mütəşəkkilliyinin təşkilati çevikliyinin gücləndirilməsinə təkan verəcəkdir.

Azərbaycan dövlətinin iqtisadi-siyasi, sosial-mədəni qüdrətinin artması dinamik inkişafı bütün dünya azərbaycanlılarının arzusudur. Yola salmağa hazırlaşdığımız 2010-cu ildə bütün sahələrdə nəzərdə tutulmuş proqramlar uğurla icra edilmişdir. Ölkəmizdə yaradılmış güclü inkişaf potensialı, səmərəli idarəetmə sistemi dövlətimizin çətin sınaqlardan alnıaçıq çıxmasına imkan verir.

Hazırda respublikamızda sabit sağlam ictimai-siyasi mühit hökm sürür. Cari ilin noyabrında keçirilmiş parlament seçkiləri ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun təntənəsini xalqımızın bu kursa inamını, cəmiyyətimizin siyasi yetkinliyini mütəşəkkilliyini bir daha nümayiş etdirdi.

Qazandığımız uğurlara baxmayaraq, hələ müharibə şəraitində yaşadığımızı unutmamalıyıq. Hazırda qarşımızda ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən vacib vəzifə yoxdur. Bu, bizim ümummilli işimizdir. Məhz bu amil bizi dövlətimizin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrin gücləndirilməsinə xüsusi diqqət yetirməyə sövq edir. Biz yenidən qan tökülməsinin, dağıntıların humanitar faciələrin qarşısının alınması üçün hələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırıq. Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməz qalır: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi hərbi qüdrətimizlə deyil, həm sıx birliyimizlə ölçülür. Ona görə harada yaşamağımızdan asılı olmayaraq milli birlik həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir.

Əziz bacı qardaşlar!

Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımızın Vətən sevgisini, xalqımızın tarix mədəniyyətinə hörmətini, dövlətimizə azərbaycançılıq ideyalarına sədaqətini əks etdirir. Bu bayram münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq bütün işlərinizdə uğurlar arzulayıram!

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.-25 dekabr.- S. 1.