Prezidentin Mətbuat Xidmətinin Məlumatı
Dekabrın 24-də Gürcüstan
Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə
telefonla zəng etmişdir.
Gürcüstan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik
etmiş, ona Prezidentlik fəaliyyətində
uğurlar, möhkəm
cansağlığı arzulamışdır.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Mixeil Saakaşviliyə minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı ölkələrimiz
arasında ikitərəfli
münasibətlərin uğurla
inkişaf etdiyi vurğulanaraq əlaqələrimizin
bundan sonra da genişlənəcəyinə
əminlik ifadə olunmuşdur.
Azərbaycan.- 2010.- 25 dekabr.- S. 1.